Türkan Hüseynova
11 ay əvvəl - 58 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycanlı Gənc Pianoçu Müsabiqədə Qalib Oldu

Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasında musiqi təhsili alan Ayla Kəlbiyeva, Almaniyanın Baden Vürtemberq əyalətindəki Mühlaker şəhərində, təşkil edilən beynəlxalq musiqi müsabiqəsində birincilik qazandı.


Azərbaycanlı Gənc Pianoçu Müsabiqədə Qalib Oldu


13 yaşındakı Ayla Kəlbiyeva, müsabiqəyə “Solo piano” kateqoriyası B qrupunda Azərbaycanın tək təmsilçisi olaraq qoşuldu.

VIII Baden-Vürtemberq Beynəlxalq Musiqi Müsabiqəsi (İnternational Competition Musical Fireworks Baden- Württemberg) Almaniyanın Baden Vürtemberq əyalətindəki Mühlaker şəhərində 26-31 mart 2018 tarixində keçirildi.

Müsabiqəyə 16 ölkədən: Türkiyə, Amerika, Almaniya, Hollandiya, Bolqarıstan, Estoniya, Cənubi Koreya, İsveçrə, Fransa, İsveç, Gürcüstan, Ermənistan, Rusiya, Ukrayna, Yunanistan və Azərbaycandan gənc istedadlar qatılmışdır.

Ayla Kəlbiyeva Amerika Milli Konservatoriyası musiqi bölməsinin dekanı Tamara Poddubninin tələbəsidir. Ayla beş yaşından etibarən Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasında musiqi təhsilini davam etdirir. Gənc pianoçu bu günə qədər İspaniya, İtaliya, Almaniya, Malta və ABŞ-da müxtəlif musiqi müsabiqələrinə qoşulmuş və önəmli nailiyyətlər əldə etmişdir.

Mənbə: www. azpolitika.info