Sevde Kalafat
1 il əvvəl - 56 Saniye
traz
en
kk
ky
uz
ru
tk

2018-ci il Aydında "Afrodisias İli" Elan Edildi

Afrodisias qədim şəhərinin 2017-ci ildə YUNESKO Dünya Mədəniyyət Mirası siyasına alınmağı münasibətiylə 2018-ci il Aydın İcra Hakimiyyəti tərəfindən “Afrodisias ili” elan edildi.

2018-ci il Aydında "Afrodisias İli" Elan Edildi

Aydın İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin Afrodisias ili elan edilməyi və təbliğat işlərinin sürətlənməsiylə 2017-ci ildə təxminən 50 min turist qədim şəhəri ziyarət etdi.

Aydının Karacasu rayonunda yerləşən şəhər Roma dönəmində yaşamış Afroditə həsr edilmiş şəhərlərdən ən məşhurudur. 

Afrodisias, Aralıq dənizi bölgəsində çox tanınmış, başda Roma olmaqla bir çox şəhərdə əsərləri olan məşhur heykəltəraşlar yetişdirmiştir. Mərmər ocaqlarının şəhərə olduqca yaxın məsafədə olması, Afrodisiasın mərmər heykəl istehsalında yüksək keyfiyyətli bir mərkəz halına gəlməsini təmin etmişdir.

Şəhər, Tetrapylon qapısı, stadion, qədim teatr, Sebasteion tapınağı, hamam kimi tikintilər və heykəl tapıntılarının sərgiləndiyi muzeyi ilə diqqət çəkir.