Altay diyarı payıza qədər Azərbaycana taxıl tədarükünə başlamağı planlaşdırır
Rusiyanın Altay diyarı avqust-sentyabr aylarında Azərbaycana taxıl tədarükünə başlamağı planlaşdırır.

Altay diyarından olan "Elli" şirkətinin satış şöbəsinin rəhbəri Sergey Martınoviç bu haqda məlumat verdi. O, belə tədarüklərün Altayın taxıl bazarında yaranmış məhsul artıqlığını qaydaya salacağını qeyd etdi.

"Elli" şirkəti may ayında Bakıda ixtisaslaşdırılmış kənd məhsulları sərgisində iştirak etmişdi. Altay diyarının nümayəndə heyətinə başçılıq edən Viktor Meşeryakov Azərbaycandan iplik sap almaq istədiklərini və Altay diyarının "Lakasa-teks" şirkətiylə razılaşma əldə olunduğunu bildirdi.
Mənbə: report.az