Amerikada Azərbaycanlı Tarixçinin Kitabı Çap Edildi
Azərbaycanlı tarixçi, professor Cəmil Həsənlinin "Azərbaycanıın sovetləşdirilməsi: Cənubi Qafqaz Rusiya, Türkiyə və İran üçbucağında" (The Sovietization of Azerbaijan: The South Caucasus in the Triangle of Russia, Turkey and Iran, 1920-1922) adlı monoqrafiyası Amerikanın Yuta Universitesində 2018-ci ilin mart ayında yayınlandı.

Cəmil Həsənlinin bu monoqrafik araşdırması 1920-1922-ci illərdə Azərbaycanın sovetləşdirilməsi dönəmini əhatə edir.
Araşdırmada Rusiya Çarlığının dağılmasından sonra öz sərhədlərinin cızmağa çalışan və Rusiya Çarlığından yeni qurtulan xalqları özünə yenidən tabe etmək istəyən bolşevik Rusiyasının işğalçı siyasəti tarixi arxiv sənədləri ilə birlikdə qeyd edilmişdir. Monoqrafiyada Cənubi Qafqazın Rusiyanın Qızıl Ordusu tərəfindən işğal prosesi və bu prosesdə beynəlxalq hüquq və öhdəliklərin pozulması ətraflı göstərilmişdir.
Kitabda Azərbaycanda və Azərbaycanın qonşuluğundakı ölkələrdə öz mənfəətlərini düşünən dünya dövlətlərinin siyasətindən də bəhs edilmişdir.
Araşdırma kitabı Azərbaycan, Qafqaz və Rusiya tarixi mütəxəssisləri və region tarixini öyrənən tələbələr üçün hazırlanmışdır.
Mənbə: www.azadliq.info