Türkan Hüseynova
9 ay əvvəl - 59 Saniye
traz
en
kk
ky
uz
ru
tk

"Arşın mal alan" Əsəri Daşkənddə Yenidən Səhnələşdirildi

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası "Diydor" teatrı tərəfindən özbəkcə sahnələşdirildi.

8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətiylə premyerası keçirilən səhnə əsəri 31 mart 2018 tarixində tamaşaçılara təqdim edildi.

Əsərin premyerasında Özbəkistandakı Azərbaycan Səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Özbəkistanın sənət adamları və KİV-nin nümayəndələri iştirak etdilər.

Esas rolları Olmas Orayev, Hurşida Arabşoeva, Adiz Rajabovun ifa etdiyi "Arşın mal alan" tamaşasının rejissoru Özbəkistanın Xalq Artisti Bahadur Yuldaşev, musiqi tərtibatçısı Özbəkistanda tanınan azərbaycanlı saz ifaçısı İlham Abdullayev, rəssamı isə Dono Ganiyeva idi.


"Arşın mal alan" Əsəri Daşkənddə Yenidən Səhnələşdirildi


“Arşın mal alan” Özbəkistanda ilk dəfə 1919-cu ildə Daşkənddə tamaşaya qoylmuş, daha sonra Səmərqənd, 1992-ci ildə yenə Daşkənd, Buxara, Kokand, Xarəzm, Fərqanə şəhərlərində səhnələşdirilmişdir. Bu günə qədər bu əsər 76 ölkənin 187 teatrında tamaşaçılara təqdim edilmişdir. 

www.xalqcebhesi.az