Burak GÜRAN
1 il əvvəl - 40 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Aselsanın "Nefer"i İlk Sifarişi Aldı

Fərqli coğrafiyalardakı çətin ətraf mühit şərtlərinin və qarşıdurmaların yaşandığı 16 ölkədə çeşidli silah sistemləriylə xidmət verən Aselsan, bu uğuruna Uzaqdan Komandalı Silah Sistemi (UKSS) olan Nefer-i də əlavə etdi.

Aselsanın "Nefer"i İlk Sifarişi Aldı

Qazaxıstanda çətin qış şərtlərində test edilən Nefer, uğurlu çıxışıyla yüksək bal aldı. Adı açıqlanmayan bir ölkə ilə prototip (əsl nümunə) istehsalı üçün sözləşmə imzalandı. Aselsan beləcə, Nefer üçün ilk sifarişini alarkən, qarşıdakı illərdə bu sayın və ölkə çeşidliliyinin artması gözlənilir.

Nefer, həm NATO, həm də rus mənşəli silahların istifadə olunduğu ölkələr üçün ideal bir seçim kimi özünə geniş bazar imkanı təqdim edir.