Türkan Hüseynova
9 ay əvvəl - 2 Dakika, 18 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Autizm Nədir və Necə Müalicə Edilir?

Dünya Autizm Günü 2 apreldə qeyd edilir. Azərbaycan Səhiyyə Nazirliyi 20-30 il içində Azərbaycanda autizm xəstələrinin saynda artış olduğunu, ekologiya, ətraf mühit, qida və digər amillərin buna səbəb olduğunu açıqladı. Autizm sindromu uşağın psixo -sosial inkişafına mənfi təsir edən inkişaf məhdudiyyətidir. Uşaqda özünə qapanma, çoxluq olan yerə çıxmaması, gözlə təmasdan qaçması, diqqətsizlik, təkrarlanan hərəkətlər, dialoqdan qaçması kimi hallar görülərsə həkimə müraciət etmək lazımdır. Bu əlamətlərin 70-80%'i uşaqda görülərsə ona autizm diaqnozu qoyula bilər. 


Autizm Nədir və Necə Müalicə Edilir?


Autizm sindromunun yaranma səbəbi tibb elminə hələ də məlum deyil. Qohum evliliyi, hamilə qadının keçirdiyi psikoloxi sarsıntılar, doğuş zamanı oksigen yetersizliyi, körpəlik dövründə uşağın qarşılaşdığı travmalar və s. bu sindromun səbəbləri arasında göstərilir. Kəsin nədəni bilinmədiyi üçün sindromun müalicə yolları da müəyyənləşməmişdir, yəni sindromun dərmanla müalicəsi yoxdur. Sadəcə atla müalicə kimi bilinən ippoterapiya var. İppoterapiya at üstündə çeşidli hərəkətlər vasitəsiylə bədən əzələlərinin hərəkət etməsinə kömək edən bir müalicə növüdür. İppoterapiya mədə-bağırsaq, qəlb-damar xəstəliklərinin müalicəsində, onurğa zədələnmələri, nitq qüsurluğu, iflic, autizm, daun sindromu, diqqətsizlik, artıq çəki, eşitmə və görmə çatışmazlığı kimi həstəliklərin müalicəsində önəmli rola oynayır. Azərbaycanda ilk və tək ippoterapi mərkəzi olan Bakı Qızılı At Terapiya və və Təhsil Mərkəzinin (Golden Horse Therapeutic and Educational Center) məqsədi müalicə ilə birlikdə qızılı Qarabağ atlarını təbliğ etməkdir. Onun sözlerinə görə, 4 il içində mərkəzin autizm sindromlu uşaqlar üçün təşkil etdiyi layihələrə 1000-ə yaxın autizm sindromlu uşaq, 300-400 könüllü qoşulmuşdur. Seanslar əsasən, şənbə və bazar günləri 1 saat aparılır. İştirak üçün yaş məhdudiyyəti yoxdur. Kiçik yaşlı uşaqlara poni, büyük uşaqlara isə sakit təbiətli atlar verilir. Atlarla terapiya yaddaşı gücləndirir. Diqqəti toplamağa kömək edir, eyni zamanda sosial mühitə adaptasiyanı sürətləndirir.

Autizmli uşaqlarla 2008-ci ildən bəri fəaliyyət göstərən Autizm-Defektoloji və Psixoloji Yardım Mərkəzi işləyir. Sosial Birliyin “Autizm” adlı qəzeti, www.autizm.az saytı fəalyyət göstərir.

Azərbaycanda autizmlə bağlı müxtəlif konfrans və mühazirələr keçirilir. Bunlardan birini də ABŞ’ın Bakı Səfirliyi Bakı Dövlət Universitetiylə birlikdə “Autizm” və “Uşaqlarda inkişafın ləgiməsi” mövzularında 01 Mart ve 06 Mart 2018 tarixində təşkil etdi.

Mənbə: www.report.az