Avropa və Orta Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiya Quruldu
Dünya Bankı Qrupunun və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) birgə təşkilatçılığı ilə 17 aprel 2018-ci ildə Bakıda Avropa və Orta Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiyası quruldu.
Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Ukrayna və Özbəkistanı təmsil edən kredit reyestrləri və büroları yeni assosiasiya üzv seçildi. MBNP-nin icraçı direktoru İbrahim Alışov bu birliyin, rəqəmsal iqtisadiyyatda çağırışlara cavab vermək məqsədiylə qurulduğunu bildirdi.

Assosiasiya region ölkələrində maliyyə xidmətlərinin inkişafına dəstək olacaq. Kredit büroları tərəfindən veriləcək kreditlər sahibkarlığın inkişafında, ölkəyə müasir texnologiyaların gətirilməsi və yeni iş yerlərinin açılmasında önəmli rol oynayacaq.
Avropa və Orta Asiyada Kredit Məlumatları Təchizatçıları Assosiasiya, MBNP və Beynəlxalq Maliyyə Korporasiyasının icra etdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən dəstəklənən "Azərbaycanda və Orta Asiyada Maliyyə İnfrastrukturunun Təkmilləşdirilməsi üzrə Məsləhət Xidmətləri Layihəsi" çərçivəsində quruldu.
Mənbə: www.report.az