Türkan Hüseynova
1 il əvvəl - 50 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycan Belarusiyayla Dərman İstehsal Edəcək

Azərbaycan Belarusiyayla birlikdə dərman istehsalına balayacaq.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu Belarusiya Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə əməkdaşlıq edəcək.

AMEA-nın Belarusiya Respublikasının Dövlət Elm və Texnologiya Komitəsi ilə birlikdə elan etdiyi ortaq layihə müsabiqələrinin nəticələri açıqlandı. Anlaşmalı layihələr 2018-2020 illəri üçün nəzərdə tutulub. Nəticələri açıqlanan layihələrdən biri "Bioloji fəal maddələrin sintezi, kimyəvi modifikasiyası və onların əsasında bioloji aktiv əlavələr və dərmanların yaradılması"dır.


Azərbaycan Belarusiyayla Dərman İstehsal Edəcək


AMEA-nın üzvü olan V. Fərzəliyev, bu layihə üçün ətraflı tədqiqatların aparılacağını bildirdi. Akademik son zamanlarda heterotsiklik birləşmələr mövzusunda əhəmiyyətli araşdırmalar edildiyini söylədi. Fərzəliyevə görə buna əsas səbəb heterotsiklik birləşmələrin tibb, texnologiya, sənaye və əkinçilik sahələrində geniş tətbiq olunmağıdır.

Mənbə: www.publika.az