Türkan Hüseynova
1 il əvvəl - 36 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycanda Yeni Avtomobil Zavodu İstehsala Başladı

Azərbaycan İranla birgə yeni avtomobil istehsalına başladı.

Təməli 2017-ci ilin avqust ayında qoyulan zavod Azərbaycanın Neftçala şəhərində mart ayında istehsala başladı. İranın “Iran Khodro” avtomobil şirkəti və Azərbaycanın “AZMASH” şirkəti 5 avtomobil markası istehsal edəcək.


Azərbaycanda Yeni Avtomobil Zavodu İstehsala Başladı


İldə 10 min avtomobil istehsal etməyi planlayan zavod ilk mərhələdə 3 min, ikinci mərhələdə 5 min avtomobil istehsal etməyi düşünür. Zavod 2019-cu ilin sonuna qədər 6 min avtomobil istehsal etməyi planlaşdırır. Zavodda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq. Zavodun məhsulları hələlik yerli bazar üçün nəzərdə tutulub, amma xarici bazara çıxılması da nəzərdən keçirilir.

Mənbə: www.bbc.com/azeri