Türkan Hüseynova
1 il əvvəl - 56 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycan dörd ölkə ilə nəqliyyat dəhlizi yaradır

Türkmənistan Məclisi noyabrın 25-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə olmaqla beş ölkəni birləşdirən "Lyapis lazur" nəqliyyat dəhlizinin yaradılması barədə sazişi tsdiq edib.

Saziş noyabrın ortalarında Aşqabadda Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə XİN-in yüksək vəzifəli şəxsləri səviyyəsində imzalanıb. İmzalama mərasimi Əfqanıstan üzrə VII İqtisadi əməkdaşlıq regional konfransı çərçivəsində baş tutub.


Azərbaycan dörd ölkə ilə nəqliyyat dəhlizi yaradır


Bu dəhlizin Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcəyi nəzərdə tutulur. Daha sonra dəhliz Xəzər vasitəsilə Bakıya və Tiflisdən keçməklə Ankaraya, oradan isə İstanbula uzadılacaq. Gürcüstan ərazisində nəqliyyat dəhlizinin Poti və Batumiyə şaxələndirilməsi nəzərdə tutulur.

Layihənin dəyəri 2 milyard dollar həcmində qiymətləndirilir.

Nəqliyyat dəhlizi öz adını qədim dövrlərdə Mərkəzi Asiyanın başlıca ixrac məhsullarından olan lazurit mineralının rənginə uyğun götürüb.

Mənbə: www.olaylar.az