Türkan Hüseynova
1 il əvvəl - 40 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycan Filmləri Rumıniyada Nümayiş Ediləcək

Rumıniyanın paytaxtı Buxarestdə 2018-ci il 16-20 aprel tarixləri arasında Beynəlxalq Qanadlar Film Festivalı başlayacaq.


Azərbaycan Filmləri Rumıniyada Nümayiş Ediləcək


Beynəlxalq Qanadlar Film Festivalı, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Rumıniyadakı səfirliklərinin təşəbbüsüylə gerçəkləşəcək. Girişi ödənişsiz olacaq.

Festivalda Azərbaycan, Qazaxıstan, Rusiya, Ermənistan və Rumıniyadan seçilmiş filmlər göstəriləcək. Filmlər Buxarestdəki Rusiya Elm və Mədəniyyət Mərkəzinin film salonunda nümayiş olunacaq.

Azərbaycan festivala 2 filmlə qatılacaq. 2014-cü ildə Azərbaycan Mədəniyyət və Turizm Naziriliyinin sifarişi ilə rejissor Elçin Musaoğlunun çəkdiyi və Qarabağ savaşından bəhs edən "Nabat" filmi 17 apreldə, 2016-cı ildə Azərbaycan və Rusiyanın ortaq istehsalı olaraq çəkilən "Qırmızı bağ" filmi 20 apreldə tamaşaçılara təqdim ediləcək.

Mənbə: www.ultima-ora.ro