Dr. Atasağun
2 il əvvəl - 3 Dakika, 20 Saniye

Azərbaycan iqtisadiyyatında təbii qazın yeri və əhəmiyyəti

Azərbaycan iqtisadiyyatının böyük payını geniş təbii qaz, neft və dəmir filizi ehiyatlarından əldə edilən gəlir təşkil edir. Azərbaycanın ümumi ixracatının 90%-dən çoxunu neft və təbii qaz təşkil edir.

Təbii qaz:

OGJ tərəfindən, Azərbaycanın 2013-cü il yanvar ayından etibarən 991 milyon kubmetr təsdiq edilmiş təbii qaz ehtiyatlarına sahib olduğu açıqlanmışdır. Təbii qaz ehtiyatlarının böyük hissəsi Şah dəniz sahəsində yerləşir, ancaq Azəri Çıraq, Günəşli (AÇG) sahəsindən də təbii qaz çıxardılır. Şah dəniz sahəsində BP və Statoil 25.5% hissəyə sahibdir. Digər hissə sahibləri hər biri 10%-lik payla fransız Total, rus Lukoil, isveçli Naftiran Intertrade Company (NICO) və azəri SOCAR-dır. Şah dənizdəki TPAO-nun payı isə 9%-dir.

Şah dəniz, dünyanın ən böyük təbii qaz yataqları arasında yer alır, BP-yə görə Şah dənizdə 1 trilyon 132 milyard kubmetr təbii qaz var. Yenə BP-yə görə Şah dənizdən təbii qaz çıxarılmaya başlandığı 2006-cı ildən bu yana 39 milyard 436 milyon kubmetr təbii qaz dünya bazarına ixrac edilmişdir. 2011-ci ildə ölkə, Bakı-Tiflis-Ərzurum boru xətti ilə təxminən 5,3 milyard kubmetr təbii qaz ixrac etmişdir.

Azərbaycan iqtisadiyyatında təbii qazın yeri və əhəmiyyəti

Azərbaycan təbii qaz nəqlində bu xətləri istifadə edir:

Bakı-Tiflis-Ərzurum (Cənubi Qafqaz) təbii qaz boru xətti: Ərzuruma çatmadan öncə 692 km boyunca BTC neft boru xəttinə paralel uzanır. İnşası 2006-cı ildə bitirilən Cənubi Qafqaz təbii qaz boru xətti, 2007-ci ildə fəaliyyətə başlamış, 8,4 milyard kubmetr təbii qaz daşıma həcminə sahibdir.

Qazı-Məhəmməd-Mozdok təbii qaz xətti: 241 km-lik xətt, Rus Qazprom şirkəti və SOCAR arasında imzalanan bir anlaşmayla Rusiyaya təbii qaz daşıyır. Əvvəllər Rusiyadan Azərbaycana təbii qaz daşıyan bu xətt 2010-cu ildən etibarən tam tərs istiqamətdə təbii qaz daşımaq üçün istifadə edilir, Rusiyaya bu xətlə ildə 991 milyon kubmetr təbii qaz yola salınır. 

Bakı-Astara təbii qaz boru xətti: Ermənistan ilə yaşanan gərginliyə görə Azərbaycan, təbii qaz ixracatı üçün İranla bir dəyişmə müqaviləsi imzalamış, müqaviləyə əsasən İran, 2006-cı ilin sonundan etibarən Naxçıvana azəri təbii qazı daşımağa başlamışdır. Bu fəaliyyəti gerçəkləşdirmək üçün Azərbaycan İrana Bakı-Astara xətti ilə qaz göndərməkdə, İran da bu qazı Salmas-Naxçıvan xətti ilə Naxçıvana nəql etməkdə və İran tranzit gəlirindən 15% gəlir almaqdadır. İran və Ermənistan ilə sərhədi olan, Türkiyə ilə çox qısa bir sərhədi olan Naxçıvan Muxtar Respublikası İran üzərindən gələn bu təbii qaza bağlı vəziyyətdədir.

Trans Anadolu təbii qaz boru xətti (TANAP): Azərbaycan təbii qazını yeni bazarlara çıxarmaq üçün stratejik əhəmiyyətə sahib yeni bir müqaviləyə imza atdı. Türkiyə ilə Azərbaycan iş birliyi ilə həyata keçəcək TANAP layihəsi ilə azəri təbii qazının Gürcüstandan keçərək Türkiyə üzərindən Yunanıstan və Bolqarıstana çatan bir boru xəttiylə daşınması nəzərdə tutulur. Heydər Əliyevin ifadə etdiyi "tək millət, iki dövlət" deviziylə hərəkət etdiklərini söyləyən hər iki ölkə, xəttin inşası və işlədilməsi üçün bir konsorsum yaradılması istiqamətindəki memoranduma, 26 dekabr 2011-ci ildə imza atdılar. 26 iyun 2012-ci ildə isə TANAP layihəsinin hökümətlərarası anlaşması, İlham Əliyev və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalandı.

TANAP layihəsinin dörd mərhələdə tamamlanması və ilk təbii qaz axınının 2018-ci ildə gerçəkləşməyi nəzərdə tutulur, 2020-ci ildə illik 16 milyard kubmetrə çıxacaq həcmin, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetrə çatacağı gözlənilir.  

Türkiyə, Boru Xətləri ilə Neft Daşıma A.Ş. (BOTAŞ) və TPAO ilə bərabər layihədə 20% hissəyə sahibdir. Layihənin 80%-i isə SOCAR-a aitdir.

Mənbə: al jazeara