Türkan Hüseynova
8 ay əvvəl - 1 Dakika, 3 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycan-İsveçrə Biznes Forumu İyulda Keçiriləcək

İsveçrənin İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentinin rəhbəri, maliyyə naziri Yohan Şnayder-Amman iyulda Azərbaycana rəsmi səfər edəcək.

İsveçrənin maliyyə naziri Yohan Şnayder-Ammanın iyul ayında Azərbaycana rəsmi ziyarəti gerçəkləşəcək. Bu ziyarət çərçivəsində Azərbaycan-İsveçrə Biznes Forumunun keçirilməsi, Sumqayıt Kimya Sənaye Parkına və Balaxanı Sənaye Parkına tanışlıq məqsədiylə ziyarət planlaşdırılır. 


Azərbaycan-İsveçrə Biznes Forumu İyulda Keçiriləcək


İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder gerçəkləşəcək rəsmi ziyarət əsnasında Sumqayıt Kimya Sənaye Parkında inşası davam edən və İsveçrə investisiyalı tikinti qatqılarının istehsalı zavodunun açılışını təklif etdi.

Bu gün Azərbaycanda İsveçrə sərmayəli 71 şirkət fəaliyyət göstərir. İsveçrənin SECO şirkətiylə əməkdaşlıq çərçivəsində müxtəlif layihələr gerçəkləşdirilir. Azərbaycan İsveçrəyə 1,2 milyar ABŞ dolları dəyərində yatırım etmişdir. 2017-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 240 milyon ABŞ dolları təşkil edir. Bu dəyər, artımın 40%-dən çox olduğunu göstərir.

Mənbə: www.olke.az