Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika, 3 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən önəmli layihə


Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva İsrailin Ben Qurion Universitetinin əməkdaşı, həmyerlimiz Aleks Geftler ilə görüşərək birgə maraqlı layihə ətrafında fikir mübadiləsi aparıblar.

İsrail və ABŞ-da  ağır patologiyası olan uşaqları xəstəxanada həftənin müəyyən günlərində klounlar əyləndirir. Bunun üçün onlara (klounlara) xüsusi kurslarda təlimlər keçirlər. Qonaq belə bir layihənin ADMİU ilə birgə Azərbaycanda da reallaşdırmağı təklif edib və layihənin video çarxını nümayiş etdirib. Universitetin rektoru bu humanist layihəni çox bəyəndiyini, onun reallaşması üçün əlindən gələn köməkliyi edəcəyini, tələbələrin də belə həssas bir işdə könüllü şəkildə iştirak edəcəyini vurğulayıb.


Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən önəmli layihə


Layihəyə əsasən Ben Qurion Universitetində xüsusi təlimlər keçmək üçün aktyorların göndərilməsi, Universitet tərəfindən isə xəstə uşaqlara yardımçı olmaq, onlara çətin anlarında əylənərək kömək etmək üçün könüllü tələbələrdən ibarət qruplar və auditoriyalar, layihənin reallaşacağı xəstəxana və s. təşkili nəzərdə tutulub.

Mənbə: www.olaylar.az