Türkan Hüseynova
6 ay əvvəl - 23 Dakika, 52 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycan Osmanlı Dövlətindəki İlk Səfiri və Mir Cəfər Bağırova Yazılan Cavabsız Məktub

 Yusif Vəzir Çəmənzəminli, ədəbi tənqidçi, tarixçi, etnoqraf, təcrübəli hüquqşünas, bacarıqlı müəllim, professional tərcüməçi, sosio-politik fiqur və eyni zamanda Azərbaycanın tanınmış dövlət adamıdır.

Azərbaycan Osmanlı Dövlətindəki İlk Səfiri və Mir Cəfər Bağırova Yazılan Cavabsız Məktub

Yazıçı, 3 dönəmdə Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Sovetlər İttifaqı illərində yaşamışdır. Daha çox gənclik illərinə təsadüf edən Rusiya Çarlığı dönəmində Çəmənzəminli çeşidli dilləri öyrənir, bu dönəmi təhsilinə, özünü inkişafa həsr edir.

Həyatı

Çəmənzəminli Azərbaycanın Şuşa şəhərində məşhur Şuşa Bəylərindən olan Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirovun ailəsində 12 Sentyabr 1887-ci ildə dünyaya gəlmişdir. Babası Osmanlı, Orta Asiya və İranı gəzmiş, Farsca və Türk dillərini mükəmməl bilirdi. Oğluna da Fars və Türk dillərini öyrətmiş, rus dilini bilməyi üçün onu rus məktəbinə yazdırmışdır. Böyük qardaşını ağır xəstəlik üzündən itirməyinin ardınca valideynlərinin tez-tez xəstələnməsindən dolayı, Çəmənzəminlinin həyata olan ümidi azalır və dərsləriylə maraqlanmamağa başlayır. Böyük qardaşından ona zəngin kitabxana qalır. Yusif Vəzir bu kitabxanadan rus və xarici klassiklərin əsərlərindən faydalanır. Rəsim çəkməyə böyük marağı olan Yusif Vəzir, əmisi oğlu Mirhəsən Vəzirovla "Fokusnik" adlı aylıq karikatura jurnalı çıxarmaya başladı.

Azərbaycan Osmanlı Dövlətindəki İlk Səfiri və Mir Cəfər Bağırova Yazılan Cavabsız Məktub

Yusif Vəzir Çəmənzəminli ailəsi ilə birlikdə

Atasının vəfatından sonra ailənin bütün yükü 19 yaşındaki Yusif Vəzirin üstünə düşür. 3 ay yataq xəstəsi olan Yusif Vəzirin ailəsinə qohumları kömək etmir. Ağır həyat şəraiti üzündən İranın Azerbaycan türklərinin yaşadığı Çəmənzəmin kəndindən Şuşaya köçən Həsənxan, Nifti və Fərəc qardaşlarını Yusif Vəzirin atası öz himayəsinə alaraq bağçasında onlara yer vermişdi. Qardaşlar xəstə yatağında yatan Yusif Vəzirə və ailəsinə bu yaxşılığın qarşılığını yetərincə ödədilər. Bundan sonra Yusif Vəzir yazılarını, əsərlərini və məqalələrini Çəmənzəminli ləqəbiylə qələmə alır.

Şuşada tez-tez erməni basqınları səbəbiylə soyqırımlar yaşanırdı. Ardınca Yusif Vəzir ailəsiylə Aşqabada köçür. Daha sonra Daşkəndə gedərək orada 6 ay bir kursda təhsil alıb universitetə girməyə haqq qazanır.

1910-cu ildə Kiyevdə Vladimir İmparator Universitetinin hüquq fakültəsini qazanır. Kiyevdəki 5 illik tələbə həyatı boyunca Çəmənzəminli Bakı ilə əlaqəsini kəsmir, Bakıda nəşr olunan qəzet və jurnalları müntəzəm olaraq izləyir, kitab və məqalələrini yazmaya davam edir. 

Bir neçə ay "Zemstvo" təşkilatına kqoşularaq cəbhəyə yollanır. Fevral inqilabı başladığı vaxt Yusif Vəzir Qaliçyada (Şərqi Avropadaki tarixi bir bölgə) idi. 1917-ci ildə Ukraynada baş qaldıran milli hərəkat Rusiya daxilindəki digər qeyri-Rus xalqları da ruhlandırır.. Kiyevə qayıdan Çəmənzəminli orada Azərbaycanlı tələbələri toplayaraq başçısı olacağı Türk Ədəbi Mərkəziyyə Firqəsi "Müsavatın Kiyev Şöbəsi"ni qurur. 1919-cu ildə əvvəlcə Ukrayna Dövlətinə, ardınca Osmanlı Dövlətinə Azərbaycan Xalq Cümhuriyyətinin səfiri olaraq təyinat alır. Sovet ordusunun Azərbaycana girməsiylə AXC sovetləşir. Sonra Çəmənzəminli, Parisdə Siyasi Elmlər İnstitunda diplomatiya fakültəsində təhsil alan qardaşı Mirabdullanın yanına gedir. Mirabdulla Parisdə universiteti bitirmiş və banklardan birində məmur olaraq işləyirdi. Anidən xəstələnən Mirabdulla uzun müddəd qardaşı Yusif Vəzirin himayəsində qalır. Yusif Vəzir Fransada dolanışığını təmin etmək üçün Qlişi adlı kommunist şəhərində 3 il fabrikdə işləyir. 13 ay xəstə yatan qardaşı- Mirabdullanı Parisdə itirən Çəmənzəminli pulu olmadığı üçün onu dəgn edəcək yer də tapa bilmir, sadəcə 15 illiyinə kiralıq dəfn üçün yer alır. 1937-ci ildə 20 mayda Mir Cəfər Bağırova yazdığı məktubunda "1930-cu illərdə 15 ili tamam olub artıq, bəlkə də sümüklərini çıxarıb atıblar" deyə iç acısıyla qardaşının vəfatından sonrakı ola biləcək vəziyyətdən danışır. Parisdə ikən orada "Paris Xəbərləri" qəzetiylə əməkdaşlıq edir, "Şərq Məktubları" başlıqlı müxtəlif yazılar yayınlayır.

Qardaşının vəfatından sonra 1926-cı ildə yazıçı təməlli olaraq Azərbaycana qayıdır. Çəmənzəminlinin Sovetlər İttifaqı dönəmindəki həyatı ise daha çətin, işsizliklə xatırlanır. Azərbaycanın sovetləşməsi, diplomatik işini itirməsi, ailəsindəki itkilər Çəmənzəminlini yetərincə haldan salır. Öncə "Bakı işçisi" qəzetində redaktor, sonra Dövlət Plan Komitəsində vəkil və müəllim olaraq işləyir. Müəllimlik fəaliyyəti boyunca Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqogika fakültələrində, Pedaqogika, Tibb və Neft İnstitutlarında, Azərbaycan və rus dilləri bölmələrində dərs vermişdir. Ruhulla Axundovun redaktorluğu ilə yayınlanan "Rusça-Azerbaycanca Lüğət"in müəlliflərindən biri olmuşdur.

Azərbaycan Osmanlı Dövlətindəki İlk Səfiri və Mir Cəfər Bağırova Yazılan Cavabsız Məktub


Yusif Vəzir Çəməzəminli Bakıda tələbələri ilə

Bakıda da ədəbi fəaliyyətini davam etdirən Çəmənzəminli, burada çeşidli mətbuat orqanlarıyla əməkdaşlıq edərək hekayələrini, kitablarını yayınlayor, çeşidli tərcümələr edir. L.Tolstoyun, İ.Turgenevin, N.Gogolun, B.Lavrenevin, L.Seyfullinanın, V.Hugonun əsərlərini ruscadan Azərbaycan dilinə çevirir.

Yusif Vəzirin 1937-ci ildə müxtəlif bəhanələrlə işdən çıxarılması onu mənəvi yöndən sındırır. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırova və Ümumittifaq Kommunist Partiyasının baş katibi İosif Stalinə ərizələr yollasa da onlardan cavab gəlmir. Çəmənzəminli, Moskvada 20-25 gün qalaraq Stalinə yazdığı ərizə haqqında Mərkəzi Komitəyə müraciət edir, oradan da ona cavab gəlmir və Yusif Vəzir Bakıya qayıdır.

1938-ci ildə "Kommunist" qəzetindəki bir elanda Özbəkistanın Urgənc şəhərində Xarəzm Vilayəti Pedaqogika İnstitunda rusca dərs vermək üçün müəllimlər arasında müsabiqənin keçiriləcəyi bildirilir. Yusif Vəzir sənədlərini toplayaraq Urgəncə göndərir, müsabiqədən keçərək rektorluqdan dəvətnamə alır. Avqust ayında Urgəncə gedərək orada baş müəllim və institut kitabxanasında müdir olaraq təyin olunur.

1937-1938-ci illərdə represiyalara məruz qalan Azərbaycanın elm və mədəniyyət adamlarından Bəkir Çobanzadə, N.Şahsuvarov, H.Zeynallı, H.Nəzərli və başqalarının verdikləri ifadələr əsasında 25 yanvar, 1940-cı ildə Yusif Vəzir Urgəncdə həbs edilərək Bakıya gətirildi. Bakının Keşlə qəsəbəsində həbisdə qaldıqdan sonra 3 iyulda Nijniy Novqorod vilayətinin Suxobezvodnoya stansiyasındakı həbs düşərgəsinə göndərilir və 3 yanvar 1943-cü ildə tarixində orada vəfat edir.

Diplomatik fəaliyyəti

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Çəmənzəminli, siyasi və diplomatik fəaliyyəti ilə diqqət mərkəzində olur, yeni qurulan gənc cümhuriyyəti xarici ölkələrdə təmsil edir.

Ukraynada universiteti bitirdikdən sonra Yusif Vəzir, Saratov ədliyyəsində işlədi. 28 may, 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti quruldu. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib Bəy Yusifbəyli tərəfindən yeni qurulan Ukrayna Dövlətinə 1919-cu ildə səfir olaraq təyin olunur. Bir müddət Ukraynada işləyən ədib həm siyasi, həm də ədəbi fəaliyyətini davam ettirirdi.

Yusif Vəzirin daşıdığı Vəzirov soyadı ulu dədəsi Mirzə Əliməmmədağaya dayanır. Mirzə Əliməmmədağa XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil Xanın nüfuzlu vəzirlərindən biri idi. İşlədiyi vəzir görəvinə görə, o dönəmin peşə adı olan vəzir nəsildən nəsilə keçmişdir. 1797-ci ildə Ağa Məhəmməd Şah Qacar, Şuşanı aldığı vaxt İbrahimxəlil Xan tərəfindən Osmanlı Dövlətinə səfir olaraq təyin olunan Mirzə Əliməmmədağayı dustaq edib öldürür. Beləcə ulu babasına səfir olmaq nəsib olmayan Yusif Vəzir, uzun illərdən sonra 1919-cu ildə Azərbaycanın Osmanlı Dövlətində ilk səfiri olaraq təyin olunur.

İstanbuldakı səfirlik fəaliyyətiylə bağlı Yusif Vəzir 20 May, 1937-ci ildə Mir Cəfər Bağırova yazdığı məktubunda məlumat verir. Məktubdan anlaşılır ki, ədiv İstanbulda ilk vəzifəsi kimi viza problemlərini həll etmək istəyir. Məktubunda özünün səfir kimi təyinatından sonra Türkiyəyə keçərkən qarşılaşdığı əziyyətləri, Batumdan Türkiyəyə keçməyə ingilislər tərəfindən icazə verilmədiyini, 2 ay vizanı gözlədiyini, sadəcə tacirlərə Trabzona getmək üçün viza verildiyini, bu səbəblə polisdən bir "kağız" alaraq tacir sifətiylə gəmiyə bindiyini yazır. Yusif Vəzir İstanbulda səfirliyi və konsulluğu olmayan ölkələrin vətəndaşlarının həftələrcə viza gözlədiyini və hətta ingilis polislər tərəfindən haqsız yerə şillə yediyinin şahidi olur. Gördükləri qarşısında yenidən İstanbula gələrək, orada ilk işinin Azərbaycanlıları viza əziyyətindən qurtarmak olduğunu bildirir.

Azərbaycan Osmanlı Dövlətindəki İlk Səfiri və Mir Cəfər Bağırova Yazılan Cavabsız Məktub


Yusif Vəzir Çəmənzəminli İstanbulda, 1919

Yusif Vəzir, "İstanbulda Sultan və höküməti formal olaraq fəaliyyət göstərir, əllərində heç bir səlahiyyətləri yoxdur. İşlər daim müttəfiqlərin əlində idi. Xarici İşlər nazirliyini də rəsmi olaraq ziyarət etdim" şəklində məktubunda açıklayır. Ədibin İstanbulda səfirliyi bir neçə ay sürdü. Azərbaycanın sovetləşməsi xəbərini alır-almaz İstanbulda təhsil alan tələbələri bir yerə yığaraq vəzifəsinin tamamlandığını elan etdi. Bunu etməyin çox çətin olduğunu bildirən Çəmənzəminli, ilk etirazların müsavatçılar (Azərbaycanda qurulan ilk siyasi partiyalardan biri olan Müsavat Partiyasının üzvləri) tərəfindən edildiyini, buradan da aralarında düşmənlik yarandığını bildirir. Vizit kartına "sabiq" sözünü əlavə edən Yusif Vəzir bundan sonra aralarındakı düşmənliyin daha da dərinləşdiyini, hətta müsavatçıların onu "Türk düşməni" elan etdiklerini yazır. Kamalistlərin İstanbula girməsinden sonra müsavatçıların təbliğatından çəkinən ədib, İstanbulu tərk edərək Parisdə Siyasi Elmlər İnstitutunda diplomatiya fakültəsində təhsil alan qardaşı Mirabdullanın yanına gedir. 

Azərbaycan Osmanlı Dövlətindəki İlk Səfiri və Mir Cəfər Bağırova Yazılan Cavabsız Məktub


Yusif Vəzir Çəmənzəminli qurduğu ailəsiylə birlikdə

Ədəbi fəaliyyəti

Çəməzənminli 1904-cü ildə şikayət tərzində "Jaloba" ("Şikayət") adlı ilk şeirini rusça yazmışdır.

"Xolodnıy Poçeluy" ("Soyuq Öpücük") hekayəsi "Ali və Nino" romanının ilk original versiyasıdır. 

1907-ci ildə Azərbaycan örf-adətlərinin də əhatə edən "Şahqulunun xeyir işi" hikayəsini yazdı.

1909-cu ildə "Cənnət qəbzi" hikayəsini yazdı.

Xalq nağıllarından seçilən uşaqlar üçün yazılan məşhur "Məlik Məmməd" nağılı 1910-cu ildə Kiyevde yazılmış, 1911-ci ildə yayınlanmışdır.

1912-ci ildə "Yeddi Hekayə", 1913-cü ildə "Həyat səhifələri" adlı kitablarını Kiyevdə yayınlayır.

Qadın və uşaq təhsilinə dair "Arvadlarımızın halı", "Qanlı göz yaşları", "Ana və analıq" kitabları Kiyevdə yazıldı.

1917-ci ildə "Azərbaycanın Muxtariyyəti""Biz kimik və istədiyimiz nədir?" adlı kitabları yayınlandı.

1918-ci ildə Krımda "Millət" qəzetində "Azərbaycan və Azərbaycanlılar" adlı məqaləsini, Litva Tatarlarının tarixini araşdırıb qələmə aldığı "Litva Tatarları" kitabçasını 1919-cu ildə yenə Krımda Ağ Məsciddə (Simferopol) yayınlayır.

Ədib İstanbulda Azərbaycan ədəbiyyatını Türk xalqına tanıtmaq məqsədiylə “Azərbaycan ədəbiyyatına bir nəzər"“Tarixi coğrafi və iqtisadi Azərbaycan" adlı kitablarını yazaraq yayınladı.

Bakıda "Azərbaycan" qəzetində "Xarici siyasətimiz", "Milli və mədəni işlərimiz" başlıqlı bir sıra məqalə yayınladı.

Parisdə "Paris xəbərləri" qəzetində "Şərq məktubları" başlıqlı çeşidli mövzuları özündə birləşdirən yazılar yazır. 

1930-35-ci illərdə Bakıda "Neft və onun tarixi" məqaləsini yayınlayır. 

Bakıda "Qızlar bulağı", "Studentlər", "1917" romanlarını yayınlayır. 

1936-cı ildə Azərbaycan dilində ilk səsli film olan "Çapayev" filminin ssenarisini Azərbaycan dilinə tərcümə edir.

1936-cı ildə "Altunsaç" isimli film ssenarisini yazdı.

Ədibin əsərləri içərisində "Əli və Nino" romanı xüsusilə seçilir. Romanda XX. əsrin başlarında Azərbaycandakı hadisələr təsvir edilmişdir: Birinci Dünya Müharibəsi, Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu və işğalçılara qarşı mübarizə, qərb və şərq insanının çeşidli dünya görüşləri və bu şəraitdə Türk əsilli (Azərbaycanlı) Əli və gürcü əsilli Ninonun sevgisi. İlk dəfə 1937-ci ildə Avstriyada Qurban Səid ləqəbiylə almanca nəşr edilən "Əli və Nino" adlı sevgi romanı dünyanın 37-dən çox dilinə çevrilmişdir.

1937-ci ildə "İki od arasında" tarixi romanını tamamlayan ədib həyatda ikən onu nəşr etdirə bilmədi. Yalnız 1960-cı ildə əsərdən bəzi parçalar kəsilərək və adı da deyişdirilərək "Qan içində" adıyla yayınlandı. Burada yazıçı, Rus çarlığı və İran arasındaki Qarabağ Xanlığı çəkişmələrindən bəhs edir.

Yusif Vəzir Çəmənzəminlinin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Mir Cəfər Bağırova yazdığı məktub

"Azərbaycan Q (b.) T.M.Q. katibi yoldaş Mir Cəfər Bağırova

Yazıçı Yusif Vəzir Çəmənzəminlinin  

ƏRZHALI

Bu il əlli yaşım və ədəbi həyatımın otuzuncu ili tamam olur. Keçdiyim bu uzun yola yekun vuraraq fəaliyyətimin müsbət cəhətlərilə bərabər mənfi tərəflərinin də olduğunu təəssüflə qeyd edirəm. Həyatımın ən nöqsanlı dövrü “Müsavat” cəbhəsində olduğum 1917-1925-ci illərdir. Revolyusiyadan əvvəl mənim sağlam bir ədəbi yolum vardı, qələmimin bütün kəskinliyi ilə köhnə aləmə hücum edərdim: din əleyhidarları  (“Cənnətin qəbzi”),  qadın azadlığı (“Arvatlarımızın halı”, “Qanlı göz yaşları”, bir çox hekayə və məqalələr), xalqlar qardaşlığı (“Dinayrı qardaşlar”), çar, xan, bəy və mülkədara qarşı düşmənçilik (“Zeynal bəy”, “Palis paltosu”, “Xanın qəzəbi”, “Ağsaqqal” və başqaları) yazılarımın əsasını təşkil edirdi. Təbiidir ki, bu əsərlərim sovet xrestamatyalarında da özlərinə yer qazanmışdı.

1917-ci il revolyusiya da böyük fərəhlə qarşıladım. Lakin birinci günlərin hərc-mərcliyi və çətinlikləri məni revolyusyadan soyudub, millətçilər cəbhəsinə atdı. Buna baxmayaraq müsavatçılar sırasında özümün yalnızlığımı duymuşdum, çünki məsləkcə onlardan sal idim. Mən işçilərə səkkiz saat iş günü, kəndlilərə müftə torpaq tələb edirdim; hürufatımızın latınlaşmasını istəyirdim. (“Azərbaycan” qəzetəsindəki məqalələrim). Bununla bərabər ingilis dostluğuna inandım və Azərbaycan istiqlalının Rusiyyədən ayrı olaraq yaşaya biləcəyimizi təsəvvür edirdim (Rusiyyə dedim, çünki o zaman Sovet İttifaqı nəzərə gəlməyirdi -  Momontovun Moskvaya və Kalçakın Kazana doğru hücumu zamanı idi).

Revolyusiyanın yaradıcılıq qüvvətinə inanmayaraq, bolşevikliyi bizim şəraitdə qanlı hadisələr törədə biləcək bir təhlükə kimi zənn edirdim. O biri tərəfdən də ağqvardiya hərəkətinə qarşı dərin bir kin bəsləyirdim.

İstanbula səfir gedərkən mənim siyasi düşüncələrim bundan  ibarət idi. Lakin siyasətlə məşğul olmamış, təcrübəsiz və gənc bir yazıçının həyat və hadisələrlə üz-üzə gələrək səhv yolda olduğunu duyacağı labüd idi. Birinci dərsi Batumda aldım: İngilislər mənə viza verməyərək iki ay məni Batumda saxladıqdan sonra, mənim İstanbula girəcəyimin qətiyyən yasaq olduğunu bildirdilər. Tacirlərə Trabzona getmək üçün izin verilirdi, mən də palisdən bir kağız alıb “tacir” sifətilə gəmiyə mindim, ancaq yolda enmədim.

İstanbuldakı vəzifəmi mən böylə başa düşürdüm. Birinci iş azərbaycanlıları viza əziyyətindən qurtarmaq idi. Mən Odessadan çıxıb, İstanbul yolu ilə Azərbaycana döndükdə başım çox çəkmişdi: İstanbulda səfarət və konsulluğu olmayan xalqlar həftələrcə viza gözləyən və ingilis palislərindən haqsız kötəklər yeyirdilər. Bu işlər məni İstanbula səfir gəlmək xəyalına saldı.

Sonra ağqvardiyaçılar arasında bir cərəyan var idi ki, ən əvvəl Qafqaz alınıb, möhkəm bir baza qayrılmasa, Moskva alına bilməyəcək. Ağqvardiyalıların bu fikrini Müsavat hökumətinə bildirdim, əhəmiyyət verilmədi. Sonra general Baratovun Bakıya gəlməsini eşidib, hökumət adamlarından şübhə etməyə başladım. Bu təhlükənin önünü almaq üçün Avropa mətbuatında istiqlal fikrini qəti olaraq meydana atmaq istədim. Mənə elə gəlir ki, ingilislər də ağqvardiyalıların bu fikrinə şərik idilər. Çünki bir gün “Taymısın” müxbiri yanıma gəldi, Denikinə qarşı nə kimi fikrin bəsləndiyini soruşdu. Mən dedim ki, Denikin və bütün ağqvardiya hərəkəti müvəqqəti bir şeydir, xalqda kökü yoxdur, sönüb gedəcək. Müxbirin mənə acığı tutmuşdur.

İstanbula gələrkən Sultan Türkiyəsi heç də yadıma düşməyirdi; çünki sultan və hökuməti forma üçün idi, əllərində heç bir ixtiyar yox idi. İşlər həmişə müttəfiqlərin əlində idi, azərbaycanlıların işləri də bunlardan asılı idi. Odur ki, rəsmi olaraq xarici nazirinə ilk vizit verdikdən sonra ona artıq işim düşməyirdi. Sultanı ziyarət etmək qayda da olsa, onu belə etmədim: Məsləkimə uymadı.

Səfirliyim cəmi bir neçə ay çəkdi. Azərbaycanın sovetləşməsi xəbəri İstanbula çatar-çatmaz, orada təhsildə olan tələbələrimizi səfarətə yığıb vəzifəmin artıq bitmiş olduğunu elan etdim. Lakin bunu həyata keçirmək olduqca çətin idi. İlk protest edən müsavatçılar oldu. Aramızda düşmənçilik başlandı. Buna baxmayaraq vizit-kartımın üstünə “sabiq” sözü yazıb, xariciyyə nəzarətinə göndərməklə yaxamı bu məsul işdən kənara çəkdim. Bu hərəkətdən sonra müsavatçılarla olan düşmənçilik daha da artmağa başladı. Mənim əleyhimə böyük propaqanda başlandı, məni türk düşməni kimi qələmə verməyə çalışıldı. Kamalçıların İstanbula girməsindən sonra müsavatçıların propoqandası mənim üçün təhlükəli bir şəkil aldıqdan sonra İstanbulu tərk etmək məcburiyyətində qalıb, Parisdə təhsil edən qardaşımın yanına getdim. Maddi vəziyyətimin fəna olmasına görə Parisin yanındakı Qlişi adlı kommunist şəhərinə köçüb, üç il ora zavodlarında işçilik etdim. Bu proletar həyat mənim üçün böyük bir məktəb oldu – bütün köhnə düşüncələrimi məndə oyanmış yeni şüur sahəsindən keçirdim. Kapitalizm əsiri olan işçilərə boyunduruq yoldaşı olaraq, dünyaya başqa nəzərlə baxmağa başladım. Səhvlərimi düzəltmək üçün Sovet ölkəsinə, revolyusiya sırasına dönmək qərarına gəldim. Lakin qardaşımın xəstələnməsi buna mane oldu. On üç ay davam edən və heç bir yerdən kömək görməyən bu xəstənin halı mənim kapitalizm aləminə qarşı olan kinimi bir qat daha dərinləşdirdi. Qardaşım yoxsulluq üzündən öldü. Lakin talesizliyi bunula da bitmədi: pulu olmadığı üçün qəbristanlıqda ona beş illik bir yer verdilər. 1930-cu ildə vaxt çatdığından, yəqin sümüklərini çıxarıb atıblar.

Artıq geri dönməmə heç bir maniə yox idi. Keçmiş günahlarımdan qorxmurdum, çünki təmiz və səmimi ürəyim məni arxayın etmişdi. Azərbaycan Xalq komissarları sədri yol. Musabəyova bir məktub yazıb, fikrimi bildirdim. Məktub yol. Kirova oxunur, geri dönmək arzumu məmnuniyyətlə qarşılayır. Eyni zamanda Parisdəki sovet siyasi nümayəndəliyinə keçmişim haqqında məlumat təqdim etdim. Bir il sonra Ümumittifaq İcraiyyə Komitəsinin qərarı üzrə sovet vətəndaşlığına daxil oldum.

Tam on bir il bundan əvvəl Azərbaycana döndüm. Var qüvvətimlə sovet Maarif və Kulturasına sarılmaqla yeni Azərbaycanı müdafiə etməyi özümə söz vermişdim. Vətən torpağı mənim üçün macəralı dənizindən sonra görünən nicat sahili idi. Evləndim (indi üç çoquğum var) artıq. Namuslu bir sovet vətəndaşı kimi, ixtisasım sahəsində işləyə bilərdim. Mənə belə gəlirdi ki, yol. Kirov kimi böyük bir partiya işçisinin təsvirindən və Ümumittifaq İcraiyyə Komitəsi kimi mötəbər bir müəssisənin qərarından sonra artıq mənə heç bir əngəl törədilə bilməz. Lakin işlər başqa cür oldu: mənə qarşı intriqalar çevilməyə başladı. Gələrkən Ruhulla Axundovun başçılığında olan “Bakı işçisi” nəşriyyatında işləyirdim. Bir neçə ay sonra Hənəfi Zeynallının təklifi ilə oradan çıxarıldım. Bəhanə keçmişim oldu. Hökumətə müraciət etdim, qosplanda yer verdilər. Qosplandakı iş ixtisasımdan uzaq olduğu üçün eyni zamanda darülfununa aspirant girdim. Fikrim Marksizmi ətraflı öyrənib, xalq ədəbiyyatının təsdiqi ilə məşğul olmaq idi. Burada da Zeynallı ilə Çobanzadənin fitnələrinə rast gəlib, yenə çıxarıldım. Yenə keçmişim əldə bir vasitə oldu. Qosplandan da çıxmışdım, işsiz qaldım. “Azərbaycanı öyrənmə cəmiyyətinə” girmək istədim. Orada da Zeynallını gördüm, bildim ki, buraxmayacaq. Ruhulla Axundovla bir müddət işlədiyim üçün, ona müraciət edib, kömək etməsini rica etdim. Kömək etmədi. Yayı Bakıda qalıb, ...... müəllim oldum. Sonra Neft İnstitutuna girdim. Bu məktəbdə mənim canyandıran bir müəllim olduğuma çox qiymət qoyuldu. Orada qaldığım beş ilin müddətində hər il cürbəcür hədiyyələrlə təltif olundum. Sonra İttifaqımızın təklifi üzrə oranı buraxıb Azərnəşrə girdim. Eyni zamanda “Ədəbiyyat qəzetəsi” yanında nəsr konsultantı oldum. Bir-iki aydan sonra konsultantlığım ixtisara düşdü. Azərnəşrdə iş az olduğu üçün köhnə sənətimə, müdafiəçiliyə qayıtdım. Üç ay vəkillik etdikdən sonra müdafiəçilər şurasının sədri Aleksandrov “Ali Məhkəmənin kollegiyası təsdiq etmədi” – deyə, məni müdafiəçilərin kollegiyasından çıxardı (qəribə burasıdır ki, bu adamı sonra vəzifəsindən çıxarıb məhkəməyə verdilər).

Yenə iş axtarmaq məcburiyyətində qaldım. Yenə Ruhulla Axundova müraciət edib, akademiya şöbəsində özümə bir yer istədim. Yer olmadı. Dedilər universitetdə işlər müdiri axtarırlar, getdim. Rektor Həsənbəyov məni qəbul etdi. Beş gün iş ilə tanış olub, altıncı gün işləri qəbul etmək istədim. Bu əsnada Həsənbəyov məni yanına çağırıb dedi ki, “Yazıçılar İttifaqı sizin yaradıcılıqdan başqa iş görmənizə razı deyil. Ərizə verin çıxın”. Çıxdım, məlum oldu ki, İttifaq bəhanə imiş.

Dörd ay əvvəl də məni Azərnəşrdən çıxartdılar. İndi işsizəm.

Bu an bir ildə qulluq sahəsində baş vermiş macəralarım bundan ibarətdir.

İndi ədəbiyyat sahəsinə keçim. Mən isə tənqidiçilər Zeynallı, Əli Nazim və Hidayət Əfəndizadə gah təriflər, gah da söyərdilər. Ancaq tərifləri də saxta olmuş, söyüşləri də. Köməyə gəldikdə heç biri kömək göstərməmiş. Cəmiyyətimiz  də öylə.

Hələ neçə il əvvəl cəmiyyətə müraciət edib, mənimlə məşğul olan yoxdur, mənim yaradıcılığım öz başına buraxılmış deyə şikayət etmişdim. Müraciətimdən bir şey çıxmadı. Sonra Dneprostroyun açılışı oldu, ərizə verib məni ora göndərmələrini rica etdim. Səid Ordubadi də mənimlə getməyə razı oldu. Göndərmədilər. Bir il əvvəl ərizə verib bir-iki aylığa Tərtərə getmək istədim. Oktyabrın iyirmi illiyinə Tərtər hidrostansiyasına dair bir roman hazırlamaq istəyirdim. Bu səfər üçün üç min manat çox görüldü. Bir ay əvvəl hökumətimizin yazıçılara paylamaq üçün İttifaqımıza buraxdığı pulu da bölüşüb, məni yaddan çıxardılar. Otuz ildən bəri rayonları görməmiş və özünün də getməyə maddi imkanı olmayan bir yazıçı yaza bilərmi? Göstəriş və siyasi tərbiyə  də qətiyyən yoxdur. Halbuki köhnə yazıçının nə qədər siyasi tərbiyəyə ehtiyacı var. Əgər vaxtında göstərişlər və tənqidlər olsaydı, mənim “Studentlər” adlı iki cildlik romanımdakı səhvlər olmazdı, mən də bu qədər mənəvi əzab çəkməzdim. Bu roman beş cildlik bir silsilə olmalı idi. Fikrim ziyalılarımızın bir qisminin keçdiyi siyasi yolu ifşa etmək idi. Lakin partiya tarixini bilmədiyim üçün qaba səhvlər buraxmışam. Bunu indi yox, vaxtında mənə göstərsəydilər, yaxşı olmazdımı? Halbuki vaxtında tənqid etmək əvəzində bu əsəri təriflədilər. Romanın redaktoru belə yanıldı...

Xətamı düzəltmək üçün çoxdan bəri xəyalımda dolaşan “Altunsaç” adlı kino-ssenari libretini yazdım. İdeyası – xalqın əsrlərdən bəri arzu etdiklərimin Sovet dövründə həyata keçməsindən ibarətdir. Bu əsərdə bir sıra müsbət bolşevik tipləri və yenə də müvəffəqiyyətlərimizə düşmən kəsilən xain tipi verdim. Libreti Azərfilmdə oxudum, bütün kino mütəxəssisləri dinləyib, göstərişlər verdilər. Təkrar üzərində işlədim, təkrar oxundu. Xülasə, dörd ay başqa işə yapışmayıb, borca düşərək, cocuklarımı ehtiyac içində buraxaraq verilən göstərişlər üzrə libreti qurtardım. Bir dəfə də geniş müşavirə qarşısında oxundu, bəyənildi, qəbul olundu. İndi müqavilə bağlanmalı, yeni göstərişlər nəzərə alınaraq ssenariyi yazmalı idim. Müqavilə yazıldı. Bir gün sonra qol çəkilməli idi. Bir də əngəl çıxdı. Azərfilm direktoru Merkel yoldaş dedi ki, sizin “Studentlər” tənqid olunduğu üçün sizinlə müqavilə bağlaya bilmərik. Amma siz ssenarini yazmaqda davam edin...

Bu nə deməkdir? Bu düzəlmək istəyən yazıçıya kömək etmək əvəzinə ona əngəl törətmək deməkdir. Başqaları ilə libret qəbul olunduqda müqavilə bağlanır, məni incitmək və ruhdan salmaq üçün məndən ssenari tələb olunur. Ssenari hazır olduqdan sonra yenə əngəl törədiləcəyi bu hərəkətdən aydın görünür...

Yoldaş Mir Cəfər, sizə dərdlərimlə başağrısı verirəm, məni bağışlayın. Əmin olun ki, talesizliyimə Kərəm dədə kimi yanıram, yazıq körpələrim də mənimlə bərabər yanır.

Yoldaş Mir Cəfər, lütfən bir hakim sifətilə məni mühakimə edin, günahım varsa, cəza verin, bilim ki, artıq bu son cəzadır. Yox, əgər bu an bir ildə məndən sədaqət və doğruluqdan başqa bir şey görməmişsinizsə, Böyük Stalin Konstitusiyası naminə, insana və “insan qəlbləri mühəndisinə” qarşı bəslənilən Stalin hörməti naminə imkan verin otuz illik ədəbi texnika və təcrübəmi böyük Sosializm dövrünə bağışlayım. Mən maddi kömək istəmirəm, mən ancaq hər bir yazıçıya verilən şərait və imkan arzusundayam.”

Əlavə: “Altunsaç” kino ssenari libreti

Bakı. 20.V. 1937"   

Kaynak: enter.news