Türkan Hüseynova
6 ay əvvəl - 34 Saniye
trazen
kk
ky
uz
ru
tk

Azərbaycan Türkiyə Arası Aviareyslərin Sayı 3 Dəfə Artırıldı

Bakıda Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında keçirilən görüşmə nəticəsində sərnişin səfərlərinin sayı həftədə 45 uçuşdan 127-ə qaldırılaraq təxminən 3 qat artırıldı.

Azərbaycan Türkiyə Arası Aviareyslərin Sayı 3 Dəfə Artırıldı

Uçuş səfərlərini Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin bütün havayolu şirkətləri həyata keçirə biləcək. 

Tərəflər görüşdə hava əlaqəsiylə bağlı yeni saziş layihəsinin müzakirəsinə də başlayacaqlarını bildirdilər. İmzalandıqdan sonra bu saziş 2 may 1992-ci ildə imzalanan "Hava Nəqliyyatı haqqında Hökumətlərarası Saziş"i əvəz edəcək.

Mənbə: trend.az