Türkan Hüseynova
1 il əvvəl - 57 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Türkiyə, Azərbaycan və Gürcüstan Müdafiə Nazirləri Üçlü Zirvə Toplantısı Oldu

Türkiyənin Giresun şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Üçlü Zirvə Toplantısı keçirildi. Toplantı əsnasında üç ölkə arasında müdafiə sahəsində Anlaşma Memorandumu imzalandı.

Türkiyənin Giresun şəhərinin Koçyakası səmtindəki bir oteldə 31 mart 2018-ci ildə gerçəkləşən VI Müdafiə Zirvəsində Azərbaycan Müdafiə Naziri Zakir Həsənov, Türkiyə Milli Müdafiə Naziri Nurettin Canikli və Gürcüstan Müdafiə Naziri Levan İzoriya arasında görüş oldu. 


Türkiyə, Azərbaycan və Gürcüstan Müdafiə Nazirləri Üçlü Zirvə Toplantısı Oldu


Görüşdə müdafiə sahəsində ölkələrin torpaq bütünlüyünün qorunması və azadlıqlarının müdafiəsiylə bağlı üç ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi haqqında razılaşmanın əldə olunduğu açıqlandı. Toplantı haqqında KİV-ə açıqlama verən Z. Hasanov, bir sonrakı zirvənin Azərbaycanda olacağını bildirərək məsləkdaşlarını Azərbaycana dəvət etdi.

Açıqlamalardan sonra Türkiyə Milli Müdafiə Naziri Nurettin Canikli, Azərbaycan Müdafiə Naziri Zakir Həsənov və Gürcüstan Müdafiə Naziri Levon İzoriya arasında müdafiə sahəsində Anlaşma Memorandumu imzalandı.

Mənbə: www.az.azeridefence.com