Türkan Hüseynova
1 il əvvəl - 3 Dakika, 38 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycan Xalq Cümhuriyyəti 100 Yaşında

Azərbaycanda 2018-ci il, Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 100-cü ildönümü münasibətiylə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edildi. Buna əsasən ölkədə və ölkə xaricində önəmli beynəlxalq fəaliyyətlər həyata keçirilir.

Azərbaycan höküməti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümüylə bağlı tədbirlər planı hazırlayaraq bayramın yüksək səviyyədə qeyd edilməsi üçün hazırlıqlara başladı. Plana görə Azərbaycan Milli Məclisində bugün üçün xüsusi məclis yığılacaq. Ölkədə və ölkə xaricində əhəmiyyətli beynəlxalq tədbirlər keçirilərək müxtəlif mövzularda seminarlar, konfranslar gerçəkləşdiriləcək, kitablar çap olunacaq, sənədli filmlər çəkiləcək.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə ABŞ-nın Çikaqo ştatının meri Rahm Emanuel, AXC-nin 100-cü ildönümüylə əlaqədar rəsmi qərarını təqdim edərək 28 may 2018 tarixini Çikaqoda Azərbaycan Milli Günü elan etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Quruluş Tarixçəsi

Rusiyada 1917-ci ilin fevralında Romanovlar sülaləsinin süqutundan sonra hakimiyyətə keçid höküməti gələrək, Cənubi Qafqaz üçün Xüsusi Komitə qurdu. 1917-ci ilin oktyabrında bir inqilab daha baş verdi və nəticədə 14 fevral 1918-ci ildə Zaqafqaziya Parlamenti quruldu, 9 aprel 1918-ci ildə Zaqafqaziya müstəqilliyini elan etdi və ardından Birləşmiş Zaqafqaziya Cümhuriyyəti quruldu. 25 mayda Gürcüstan, 28 mayda isə Azərbaycan müstəqilliyini elan etdi. Bununla da 28 mayda Türk-Müsəlman dünyasında, bütün şərqdə, ilk dəfə Azərbaycanda parlamentli cümhuriyyət-Azərbaycan Xalq Cümhuriyyəti quruldu.

Azərbaycan Xalq Cümhuriyyəti 100 Yaşında

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 23 ay hakimiyyətdə oldu. Bu qısa zaman içində AXC çox önəmli qərarlara və ilklərə imza atdı.

28 may 1918-ci ildə AXC höküməti tərəfindən Azərbaycanda Xalq Maarifi və ardından Azərbaycan Səhiyyə Nazirliyi quruldu və Bakı, Gəncə şəhərlərində yeni xəstəxana və apteklər açıldı.

24 iyun 1918-ci ildə üstündə ağ ay və 8 guşəli ağ ulduz olan qırmızı bayraq rəsmən qəbul edildi. 9 aprel 1918-ci ildə bayrağa mavi və yaşıl rənglər də əlavə olunaraq bayraq rəsmən təsdiqləndi.

27 iyun 1918-ci ildə Müsəlman Hərbi Korpusu Azərbaycan Hərbi Korpusuna çevrildi. Bu tarix bugün Azərbaycanda, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi qeyd olunur.

27 iyun 1918-ci ildə Türk dili (bugünki Azərbaycan dili) dövlət dili elan edildi. Türkiyədən dərsliklər gətirtmək və müəllimlər dəvət etmək üçün sərəncam qəbul edildi. Məktəblər milliləşdirildi, yeni müəllim kursları və məktəblər açıldı. Cümhuriyyət hökuməti və parlamenti qərarına əsasən 100 Azərbaycanlı gənc dövlət hesabına xaricə təhsil almağa göndərildi (45 gənc Fransa, 23 gənc İtaliya, 10 gənc İngiltərə, 9 gənc Türkiyə universitetlərinə göndərildi. Rusiyada vətəndaş müharibəsi başladığı üçün təhsil almaq üçün seçilmiş 13 gənc Rusiyaya gedə bilmədi). 1 sentyabr 1919-cu ildə Bakı Dövlət Universitetinin qurulması haqqında sərəncam verildi.

7 dekabr 1918-ci ildə Azərbaycanlı məşhur milyonçu Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qızlar məktəbinin binasında (bu gün Fuzuli adına Əlyazmalar İnstitutu kimi fəaliyyət göstərir) Azərbaycan Parlamentinin rəsmi açılış mərasimi oldu. Bu, bütün müsəlman dünyasında ilk parlament idi.

28 dekabr 1918-ci ildə parlament sədri Əlimərdan Bəy Topçubaşovun başçılığıyla ilə Paris Sülh Konfransına heyət göndərildi və AXC bir neçə dövlət tərəfindən de-fakto (hüquqi olaraq) tanındı.

AXC 28 may-17 iyun 1918-ci ildə Tiflisdə, 16 iyun-17 sentyabr 1918-ci ildə Gəncədə, 17 sentyabr-28 aprel 1918-ci ildə Bakıda fəaliyyət göstərdi.

AXC-nin qurulduğu ilk dönəmdə onun ümumi sahəsi 150 min km² idi. Cənubi Qafqaz ölkələri arasında sərhəd məsələləri qismən həll edildikdən sonra AXC, xarici təzyiqlər nəticəsində İrəvan və ətrafındakı 9 min km² erməni dövlətinə vermək məcburiyyətində qaldı və ümumi sahəsi 113,9 min km² qədər azaldı.

1920-cu ilin mayında XI Ordu, AXC-nin tamamını ələ keçirdi və Rusiyanın müdaxiləsiylə AXC höküməti devrildi. Bu gün müstəqil Azərbaycan Respublikası, 23 ay hakimiyyət sürən AXC-nin varisidir və onun dönəmində qəbul edilən milli himn, bayraq və gerbi 1991-ci ildə müstəqilliyi qazandıqdan sonra rəsmi atributlar kimi qəbul etdi.