Türkan Hüseynova
1 il əvvəl - 28 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycana ən çox hansı ölkədən turist gəlir?

Azərbaycana ən çox hansı ölkədən turist gəlir?


2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 2.276.604 xarici vətəndaş gəlmişdir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yalnız oktyabr ayında Azərbaycana 204.686 nəfər turist səfər edib. 

Azərbaycana səfər edənlər arasında ilk yeri Rusiya, sonrakı yerləri isə Gürcüstan, İran vətəndaşları tutur. 2017-ci ilin ilk 10 ayı ərzində Azərbaycana Rusiyadan 727.577, Gürcüstandan 439.305, İrandan isə 320.904 xarici vətəndaş gəlib.

Siyahıyı 249.210 turistiylə Türkiyə, 81.742 turistiylə Birləşmiş Ərəb Əmirlikləri, 54.242 turistiylə İraq, 49.449 turistiylə Ukrayna, 31.821 turistiylə Səudi Ərəbistanı tamamlayır.

Mənbə: www.olaylar.az