Azərbaycanda 60 ilə yaxın tarixi olan muzey əşyaları mədəni sərvət hesab edilməyəcək
Azərbaycanda 60 ilə yaxın tarixi olan muzey əhəmiyyətli əşyalar artıq mədəni sərvət hesab edilməyəcək.
Nazirlər Kabineti “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”nda dəyişiklik edib. Qaydanın 2.2.6-cı bəndində edilən dəyişikliyə əsasən, qədim nadir kolleksiyalar və 1960-cı ildən əvvəlki dövrə aid olan muzey əhəmiyyətli əşyalar (mebel, musiqi alətləri və s.) Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınar mədəni sərvətlər hesab edilir.

Qayda indiyədək belə idi: “Qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycanın milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş daşınar mədəni sərvətlər hesab edilir.
Mənbə: www.report.az