Türkan Hüseynova
10 ay əvvəl - 1 Dakika, 3 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycanda Bitki Klinikası Açıldı

Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə Azərbaycanda "Bitki klinikası" açıldı.


Azərbaycanda Bitki Klinikası Açıldı


Azərbaycanın paytaxtı Bakıda Aqroservis şirkətinin nəzdində açılan "Bitki klinikası" fəaliyyətə başladı. Dünyada çox az sayıda olan klinika, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk olaraq Azərbaycanda açıldı.

Bitki xəstəliklərinə diaqnoz qoyulması məqsədiylə qurulan klinikada torpaq və bitki analizi edilir, analizin nəticələrinə görə lazımi müdaxilə göstərilir, kənd təsərrüfatı avadanlıqlarıyla təchiz edilir, mövzuyla əlaqəli tədris, təcrübə kurslarının keçirilməsi təşkil edilir.

Klinikanın baş direktoru Hüseyn Hüseynov, insanların və heyvanların qidasında, sağlamlığında bitkilərin əhəmiyyətinin vurğulayaraq ''Bəzən cütçülər, mütəxəssis rəyi olmadan, bitkilərə qəti diaqnoz qoyulmadan bitkilərdəki zərərvericilərlə gərəksiz mübarizə apararaq onlara zərər verirlər. Klinikanın əsas hədəflərindən biri də bu istiqamətdə cütçülərə, bitkilər haqqında mütəxəssis fikirləri, tövsiyyələri vermək, düzgün laboratoriya analizləri etməkdir.'' açıqlama verdi.

Klinikada bitki müalicəsində istifadə edilən dərmanların satışı mərkəzi də var.

Mənbə: www.azertag.az