Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika, 38 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycanda Dövriyyəyə 200 Manatlıq Əskinas Buraxılır

Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinas buraxılır.

23 mayda Mərkəzi Bankda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ-ın “Crane Currency” şirkəti tərəfindən təqdim olunan dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.

Yeni banknotun üzərində Azərbaycan paytaxtının simvolları, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.

Azərbaycanda Dövriyyəyə 200 Manatlıq Əskinas Buraxılır

Azərbaycan Xalq Cümhuriyyətin yaradılmasının 100 ilik yubileyinə hər olunmuş xatirə pul nişanları çəkisi 1, ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir. Yubiley pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və dövlət bayrağı təsvir etdirilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Pul nişanının arxa hissəsində dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və milli ornamentlər əks olunub.

Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanı çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. Pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, milli ornamentlərdən istifadə olunmuşdur. Pul nişanının ön hissəsində dövlət bayrağının fonunda ulu öndərin qızıl və platindən hazırlanmış portreti, arxa hissəsində isə dövlət gerbi təsvir olunub.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib".

Mənbə: report.az