Azərbaycanda İlk Ağıllı Robot Yaradıldı
Dünyanın müxtəlif ölkələrində robotların insanların gündəlik həyatını necə asanlaşdırığının şahidi oluruq. Artıq, Azərbaycanda da robot texnologiyasının rahatlığından istifadə edə biləcəyik.

2018-ci idə Bakıda yaradılmış BNB Dynamics şirkəti iki ay ərzində "ağıllı robot" yaratmağa nail olub. Yerli robotun adı "Bibot"dur. Müxtəlif dillərdə proqramlaşdırılan "Bibot" fərqli suallara cavab verə bilir. "Bibot"un əsas funksiyaları içərisində turistlərə və yerli əhaliyə xidmət dayanır. Robot həmçinin yanğın söndürən, təcili yardım və polis çağırmağa da proqramlaşdırılıb. "Bibot" həmçinin hər hansı bir AVM və ticarət mərkəzləri kimi yerlərdə də istifadə edilə bilər.
Gələcəkdə BNB Dynamics bu robotların sürətli prototiplərini inkişaf etdirəcək. Onlar müxtəlif sənaye aspektlərində insanları əvəz edə biləcək. Hazırda, şirkət tam robot-humanoid surəti yaratmaq üçün layihə üzərində işləyir.