Azərbaycanda prezident seçkisinin vaxtı təsdiqləndi
Azərbaycanda prezident seçkilərinin vaxtı təsdiqlənib. Azərbaycanda prezident seçkisi 2018-ci il oktyabrın 17-də keçiriləcək.
Seçki Məcəlləsinin 178-ci maddəsinə əsasən Azərbaycan prezidentinin konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimində bildirilir ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.
Mənbə: www.qaynarinfo.az