Azərbaycanda X-XI Əsrlərə aid Dəfinə Tapıldı
Azərbaycanın şimal şərqində yerləşən Şamaxı şəhərində 2018-ci ilin aprel ayında aparılan arxeoloji qazıntılar zamanı saxsı küplərin içində 21 ədəd tam, 860 qr. paslı və fraqmentşəkilli dəmir pullar (sikkələr) tapıldı.

Tapılan dəfinə, bərpa laboratoriyasına göndərilmiş, temizləndikdən sonra dirhəmlərin X-XI əsrlərdə Azərbaycanda qurulan Şirvanşahlar dönəminə aid olduğu müəyyən edilmişdir. Bu dirhəmlər Şirvanşah Yəzid ibn Əhmədin hökmdarlığı dövründə (991-1027) zərb edilmişdir.
Dirhəmlər Tarix muzeyinin numizmatika və epiqrafiya elmi şöbəsinə təhvil verilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının açıqlamasına görə tapılan dəfinə, Azərbaycanda sikkələrin və ticarətin pulla aparılmasının o dönəm üçün əhəmiyyətini sübut edir.
Şirvanşahlar dövləti, Azərbaycanın şimal şərqini və Dağıstanı (bu gün Rusiya sərhədləri içində yerləşir) əhatə etmiş və IX əsrin 60-cı illərindən XVI əsrin başlarına qədər mövcud olmuşdur.
Mənbə: www.azadliq.org