Türkan Hüseynova
2 il əvvəl - 1 Dakika, 50 Saniye

Azərbaycanın Şəfa Palçığı

Dünyanın 42 ölkəsində palçıq vulkanı mövcuddur. Azərbaycan dünyada palçıq vulkanlarının nadir inkişaf bölgəsi kimi tanınır. Palçıq vulkanların 1/3-i Azərbaycanda, 16000 km² sahədə toplanmışdır. Dünyada bilinən 2000-dən çox palçıq vulkanından 344-ü Azərbaycanın şərqində və onunla sərhəd Xəzər dənizi ətrafında yerləşir. Palçıq vulkanlarının bütün növləri (fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, arxipelaq vulkanları) Azərbaycanda mövcuddur.

Azərbaycanda palçıq vulkanlarının ən geniş yayıldığı yerlər Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliği, Bakı arxipelağı və Gürcüstan sərhəddindədir.

Azərbaycanın Şəfa Palçığı

Palçıq vulkanlarının müalicə məqsədli faydaları:

Volkan suları yod, bor, bromla, palçığının birləşmələri isə əhəmiyyətli mikro elementlərlə zəngin olduğundan bəzi xəstəliklərin müalicəsində müvəffəqiyyətlə istifadə edilir. Hələ 1980-ci illərdə Azerbaycanın 16 tibbi təşkilatında vulkan palçığı: sinir sistemi, dəri və oynaq xəstəliklərinin, poliartrit, radiculitis, hepatit və bir çox dəri xəstəliklərinin müalicəsində tətbiq edilirdi. Volkan palçığından kosmetologiyada da faydalanılmaktadır. Vulkanik palçıq mis, yod, kalium, maqnezium kimi 24 növ mineraldan meydana gəlir. Azərbaycan Səhiyyə Nazirliyinin satış icazəsi verdiyi vulkanik palçıqdan diş müalicəsində də istifadə edilir.

Volkan kili inşaatda çox istifadə edilən təbii xammal dəyərindədir.

Azərbaycanın Şəfa Palçığı

Vulkanların fəaliyyəti zəlzələlərin də xəbərçisidir. Zəlzələnin meydana gəlməsinə yaxın vulkanların aktifleştiği görülməkdədir. Yer üzünə çıxan qaz və mineral sudakı bəzi kimyəvi maddələrin faiz nisbətinə görə zəlzələnin yaxın zamanda reallaşacağı təxmin edilə bilər.

Palçıq vulkanları ekoturizmin inkişafı üçün də faydalıdır. 2009-ci ildə Azərbaycan, Rus və İngilis dillərində bələdçi kitabçası nəşr olunmuş və 25 palçıq volkanını əhatə edən sahəyə Bakıya gələn turistlər üçün turlar təklif edilmişdir. Bu gün palçıq vulkanları təbii abidə statusu almışdır və dövlət tərəfindən müdafiə olunur.