Türkan Hüseynova
1 il əvvəl - 38 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycanlı İş Adamlarından Qazaxıstana Yatırım

Azərbaycanlı iş adamlarının "AktauEnerqoMaş" şirkəti Qazaxıstanın Manqistau əyalətində zavod inşasına başladı. Zavod bu ilin sonuna qədər tamamlanacaq.


Azərbaycanlı İş Adamlarından Qazaxıstana Yatırım


Maliyyəti 50 milyon dollar olan zavod üç müəssisədən ibarət olacaq. Müəssisələrdən biri kabel məhsulları və transformatorlar istehsal edəcək. İldə təxminən 250 transformator istehsalını planlayan zavod, məhsullarını Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrinə ixrac edəcək.

İkinci müəssisə polimer qablaşdırma istehsal edəcək. Bu müəssisədə ildə təxminən 400 ton plastik qab ve konteynerin istehsalı planlaşdırılır.

Manqistau əyalətinin sənaye ərazisində qurulacaq digər müəssisədə isə mebel və plastik pəncərə istehsal ediləcək.

Zavodun 200 insanı işlə təmin edəcəyi təxmin edilir.

Mənbə: www.azertag.az