Chingiz Baimurzaev
10 ay əvvəl - 1 Dakika, 39 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Aziz Sancar: “Mən Türk Dünyasına İnanıram”

Nobel Kimya Mükafatı sahibi Prof. Dr. Aziz Sancar 21 apreldə Qırğızıstanda oldu. Ziyarət çərçivəsində, ölkənin əsaslı təhsil qurumlarından Yusif Balasaqun adına Qırğız Milli Universiteti (KUU) və universitet nəzdində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi nazirliyi (TİKA) tərəfindən 9 ay əvvə qurulan Prof. Dr. Aziz Sancar Mədəniyyət Mərkəzini ziyarət etdi.

Aziz Sancar: “Mən Türk Dünyasına İnanıram”

Universitetin Konfrans Salonunda rektorlar, tələbələr, dekanlar və elm insanlarına müraciət edən Sancar, "Türk dünyasının bütün dünyada tanınması və sayılması üçün elm lazımdır. Türk dünyasına, gənclərə elmi sevdirmək üçün gəldim" deyə çıxış etdi.

Ayrıca, Türk dünyası, elm, Türk elmi mövzularına toxunaraq bunları əlavə etdi: 

"Türk dünyası siyasi bir termindir. Bunu qəbul etmek lazımdır. Amma mən Türk dünyasına inanıram. İstəyən inansın və ya inanmasın. Bunu Avropa və Amerikada da söyləyirəm. Çin səddindən Adriatikə qədər uzanan bir Türk dünyası var. Dediyim kimi mən siyasətçi deyiləm. Səs almaq üçün söyləmirəm. Tərif olunmaq üçün söyləmirəm. Mən 71 yaşındayam. Neçə il yaşayaram bilmirəm. Madəm bu fürsət var. Mən belə bir Türk dünyasına inanıram. Bunu bütün dünyanın bilməsini istəyirəm."

Türkiyənin Bişkek səfiri Cengiz Kamil Fırat da çıxışında Nobel Kimya Mükafatı sahibi Sancarın Qırğızıstana gəlişinin Türk dünyasının bütünləşməsi və bir yerdə olması baxımından çox önəmli bir fürsət olduğunu söylədi.

Universitet Rektoru Kanat Sadıkov, məşhur elm adamını qonaqlamaqdan məmnuniyyət duyduğunu bildirərək, Azin Sancara fəxri professor ünvanını təqdim etdi.

Türk professor Aziz Sancar, 2015-ci ildə İsveçin paytaxtı Stokholmda təşkil edilən mərasimdə Nobel Kimya Mükafatını İsveç Kralı 16-cı Gustavın əlindən şəxsən almışdı.

Mənbə: AA