Türkan Hüseynova
11 ay əvvəl - 45 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Azərbaycan Əsəri ''Bahadır və Sona'' Fransızcaya Tərcümə Edildi

Fransada yaşayan azərbaycanlı gənclər Nəriman Nərimanovun ''Bahadır və Sona'' əsərini fransız dilində nəşr etdilər. 

Kitab 27 mart 2018-ci ildə Fransanın Kəpəz nəşriyyatında çap edildi. Nəşriyyat əməkdaşı olan yazıçı Nicat Kazımov, kitabın Kəpəz nəşriyyatında yayımlanan üçüncü Azərbaycan əsəri olduğunu vurğuladı.


Azərbaycan Əsəri


''Bahadır və Sona'' əsərini Azərbaycan Türkcəsindən fransız dilinə Elvin Abbasbəyli tərcümə etmişdir. Kitabın redaktoru vəkil və müəllim Edmon Tveridir. Əsərdə XIX əsrdə Azərbaycanda bütün dini, milli, siyasi və digər fərqli fikirlərinə baxmayaraq bütün xalqların bir yerdə sülh şəraitində yaşadığı göstərilir. Kitabın Paris, Strasburq və digər şəhərlərdə də təqdimatı olacaq.

Nəriman Nərimanovun “Bahadır və Sona” əsəri Azərbaycan ədəbiyatında ilk tarixi romandır.

Mənbə: www.publika.az