Bakı Ali Neft Məktəbi Ernst & Young Qurumu ilə Anlaşma İmzaladı
Bakı Ali Neft Məktəbi (BANM) ilə Beynəlxalq Ernst & Young (EY) şirkəti arasında əməkdaşlıq haqqında anlaşma imzalandı.
Bakıda keçirilən imza mərasiminə BANM-ın rektoru Elmar Qasımov, EY-un Azərbaycan üzrə təmsilçisi İlqar Vəliyev və onun başçılıq etdiyi heyət, məktəbin tələbələri və işçiləri qatıldı.

Anlaşmaya görə, BANM tələbələrinin EY şirkətinin dayanıqlı inkişaf mövzulu təlimlərinə qatılması və EY şirkəti tərəfindən BANM-ın dayanıqlı inkişaf üzrə hesabatının hazırlanması üzərində iki istiqamətli işlər həyata keçiriləcək.
İmzalama mərasimindən sonra EY-ın kadrlar şöbəsinin direktor müavini Samirə Şabanova və baş mütəxəssis Vusalə Həsənova tələbələrə EY şirkəti və onun karyera proqramı haqqında ətraflı məlumat verib, onlara CV yazma, effektiv müsahibə üsulları haqqında təcrübələrini bölüşüblər.
Ernst & Young, təxminən 140 ölkədə fəaliyyət göstərən dünya miqyasında beynəlxalq audit və məsləhət xidmətlərini təqdin edən bir təşkilatdır. Təşkilatın qərargahı İngiltərədə yerləşir.
Mənbə: www.report.az