Türkan Hüseynova
2 il əvvəl - 1 Dakika, 39 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Bakı-Tiflis-Qars dəmiryolu xətti istifadəyə verildi

Bakı-Tiflis-Qars dəmiryolu xətti istifadəyə verildi


Təməli 2007-ci ilin noyabrın 21-də Gürcüstanın Marabda kəndində atılan Bakı-Tiflis-Qars dəmiryolu 2017-ci ilin 30 oktyabrda xüsusi açılış mərasimiylə istismara verildi. Bakı-Tiflis-Ceyhan neft boru xəttindən sonra bu xətt Azərbaycanla Türkiyəni birləşdirən ikinci böyük layihədir. Bu dəmiryolu xətti siyasi, iqtisadi, strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir. İpək yolunun bir halqası olaraq qiymətləndirilən bu layihənin həyata keçirilməsi ilə iqtisadi güc, sürət və vaxt tezliyi qazanıldı. Dəmiryolu vasitəsiylə Azərbaycan Türkiyəyə birbaşa gediş-gəliş əldə edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinə qoşulacaqdır. Bakı-Tiflis-Qars dəmiryolu xəttiylə bir günə Qarsa, iki gün yarıma İstanbula çatmaq mümkün olacaqdır. Azərbaycanın ilk illərdə tranzitdən qazanacağı illik gəlir minimum 50 milyon dollar olacaqdır.

Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmiryoluna cəlb edilməsi hər iki istiqamətdə daşımaların həcmini artıracaq, Mərkəzi Asiya ölkələrinin — Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaqdır. Üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək.


Bakı-Tiflis-Qars dəmiryolu xətti istifadəyə verildi


Bakı-Tiflis-Qars dəmiryolu xətti Trans-Avropa və Trans-Asiya dəmiryolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcək.

FOTO

Mənbə: www. sputnik.az/economy/