Türkan Hüseynova
1 il əvvəl - 3 Dakika, 24 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Bakıda 10 gəzməli yer

1. İçərişəhər: Divarlarla əhatələnmiş tarixi qədim zamanlara dayanan bir yaşayş yeri olan Köhnə Bakı - İçərişəhər Bakıda görülməyə dəyər ilk yerlərdən biridir. 2000-ci ildə YUNESKO-nun Dünya Mirası siyahısına yazılmışdır. İçərişəhərdə islami tikililər və sovet memarlığı iç-içə yaşayır. Hər tərəfi daşlarla örtülən şəhər kiçik dar yollardan və küçələrdən ibarətdir.


Bakıda 10 gəzməli yer


2. Qız qalası: İçərişəhər yaxınlığında yerləşən Qız qalası XII əsrdə tikilmişdir. Qədim zamanlarda Xəzər dənizin sahilində yer alan 28 m-lik qala zamanla Xəzər dənizinin çəkilməsiylə daha içəridə quruda yerləşmişdir. Hər il Novruz Bayramı şənliklərinin qeyd edildiyi qala Bakının rəmzlərindən biri sayılır. 1964-cü ildən muzey olaraq fəaliyyət göstərir.


3. Şirvanşahlar sarayı: Yaxın şərqin əhəmiyyətli miraslarından sayılan və 1964-cü ildən muzey olaraq işləyən saray XV əsrdə İbrahim Halilullahın dövründə inşa edilmişdir. İçərişəhərdə yerləşən saray tarixi boyunca qışla, xəstəxana kimi də fəaliyyət göstərmişdir. Şirvanşahlar Sarayına Şah məscidi, Şirvanşahlar türbəsi, Divanxana, Seyid Yəhya Bakuvinin türbəsi və qədim məscid aiddir.


Bakıda 10 gəzməli yer


4. Nizami küçəsi adını XII əsrdə Azərbaycanın və şərqin məşhur şairi Nizamidən almışdır. Uzunluğu 3.5 km olan küçənin çox hissəsi piyadalar üçün ayrılmışdır. Bakı şəhərinin əsas mərkəzi alış-veriş, gəzinti məkanları içində yer alır.


5. Azərbaycan Milli İncəsənət Muzeyi Bakının və Azərbaycanın ən böyük sənət muzeyidir. 1936-cı ildə qurulan muzey XVIII əsrdə tikilmiş iki tarixi binada yerləşir. Muzeydə Azərbaycan, Şərq (Türkiyə, Orta Asiya, İran, Çin, Əfqanıstan, Hindistan, Yaponiya, Misir) və Qərbi Avropa xalqlarının incəsənət nümunələri (portret, heykəl və s.) saxlanılır.


Bakıda 10 gəzməli yer


6. Şəhidlər Xiyabanı: Azərbaycan və Türk əsgərlərinin yan yana yatdığı, şəhərin ən yüksək nöqtəsində yerləşən Şəhidlər Xiyabanı ilin hər vaxtında xalqın ziyarətgah yeridir. Osmanlılar dövründə Azərbaycanın qurtuluşu üçün gələn və Azərbaycan uğrunda şəhid düşən əsgərlərin adları yazılan panel də xiyabanlığın girişindədir. Şəhitlər Xiyabanının yanında 1999-cu ildə Türkiyə Cumhuriyyəti Genelkurmay Bakanlığı tərəfindən tikilən abidə və bir məscid də yerləşir.


7. Bayraq meydanı: Tacikistanın paytaxtı Düşənbədəki dünyanın ən uzun bayrağından sonra 2-cisi olan Azərbaycan bayrağı Bayraq meydanında dalğalanır. Uzunluğu 162 m olan bayraq şəhərin hər yerində görsənir.


Bakıda 10 gəzməli yer


8. Bibi Heybət Türbəsi olaraq da bilinən məscid XIII əsrdə inşa edilmişdir. Şirvanşah II Fərruhzad tərəfindən tikilən məscid 1936-cı ildə Sovet Rusiyası tərəfindən sökülmüş, müstəqillik qazandıqdan sonra yenidən inşa edilmiş və 1998-ci ildə açılmışdır. Məscid Bakının önəmli dini rəmzlərindən biridir.


9. Atəşgah: Zərdüştlərin ibadət yeri olan Atəşgah turistlərin gəzdiyi əsas məkanlardandır. Atəşgahda təbii qazdan qaynaqlanan və hələ də yanmağa davam edən bir atəş var. Bakının mərkəzinə 30 km məsafədə yerləşən ibadətgahın ilk qismi olan tövlə 1713-cü ildə tikilmiş, daha sonra 1810-cu ildə mərkəzi səcdəgâhı əlavə edilmişdir.


Bakıda 10 gəzməli yer


10. Qobustan: Dünyanın ən böyük açıq hava muzeyi olan Qobustan əski yaşayış yerinin tarixi 40 min il əvvələ gedib çıxır. Bakının mərkəzindən 56 km uzaqlıqda yerləşən Qobustanda 6 min civarında qaya oyması vardır. Qayaüstü rəsimlərə və arxeoloji qazıntılara görə bura canavar, çaqqal, tülkü, pələng kimi heyvanların məskəni olmuşdur. Qayaüstü rəsimlərdə yallı rəqsini xatırladan rəsmlər də böyük maraq doğurur.