Bakıda Ahıska Qızlarının Yetənək Yarışı Keçirildi
Azərbaycanın paytaxtı Bakıda 5-ci Beynəlxalq Ahıska Qızlarının Yetənək Yarışı keçirildi.
Dünya Ahıska Türkləri Birliyi (DATÜB) tərəfindən, Azərbaycan Gənc Tamaşacılar Teatrında təşkil olunan yarışda, Azərbaycandan başqa Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan gələn Ahıskalı qızlar yetənəklərini sərgilədi. 16-20 yaşındakı yarışçılar şeir, rəqs, mahnı ilə yetənəklərini göstərdilər.

Müxtəlif ölkələrdəki Ahıskalıları birləşdirməyi hədəflədiklərini söyləyən DATÜB rəhbəri Kassanov, Ukraynada müharibə bölgəsinde ağır şərtlərdə yaşayan 770 ailənin Türkiyə dövlət başçısı Recep Tayyip Erdoğanın təlimatıyla Türkiyəyə yerləşdirildiyini, 23 min Ahıskalıya Türk vətəndaşlığı verildiyini və bu sayın ən qısa müddətdə 80 minə çatacağını bildirdi. Bir sonrakı yarışın Türkiyədə təşkil ediləcəyi açıqlandı.
Ahıska türkləri 1944-cü ildə Gürcüstanın Ahıska bölgəsindən Sovet idarəetməsi tərəfindən Orta Asiya ölkələrinə sürgün edilmişdir. Bugün Türkiyə xaricində 9 ölkədə təxminən 600 min Ahıska türkü yaşayır.
Mənbə: www.trtavaz.com.tr