Bakıda Alman-Azərbaycan Neyroradioloji Simpoziumu Keçiriləcək
Almaniyanın Köln Universitet Klinikasında həkim radioloq olaraq işləyən Nuran Abdullayevin təşəbbüsüylə Azərbaycanın paytaxtı Bakıda, 2018-ci ilin 27-28 aprelində II Alman-Azərbaycan Neyroradioloji Simpoziumu keçiriləcək.

II Alman-Azərbaycan Nöroşirürji Sempozyumuna Almaniya, Azərbaycan və Türkiyənin müxtəlif xəstəxana və klinikalarından mütəxəssis həkimlər qatılacaqlar.
Toplantının həmsədrliyi Azərbaycandan Rəna Şiraliyevaya, Almaniyadan Anastasios Mpotsarisə həvalə edildi.
Çıxışlar sırasında beyin damarlarının anevrizmasında (şişkinliklərində) bu günə qədər Azərbaycanda tətbiq edilməyən müalicə üsulları danışılacaq, Azərbaycanda Stroke mərkəzinin qurulmasıyla əlaqəli müzakirələr aparılacaq. Eyni zamanda serebrovaskulyar xəstəliklərin müasir neyroradioloji diaqnostikası və müalicəsinin müasir üsulları da simpozium əsnasında açıqlanacaq.