Bakıda "Qısa İslam ensiklopediyası" İctimaiyyətə Təqdim Edildi
Azərbaycanda ilk dəfə uşaq və yeniyetmələr üçün hazırlanan "Qısa İslam ensiklopediyası" 2018-ci ilin aprel ayında Bakıda ictimaiyyətə tanıdıldı.
Uşaq və yeniyetmələr üçün çap edilən "Qısa İslam ensiklopediyası" Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası, Qafqaz Müsəlmanları İdarəsi, akademik və mütəxəssislərdən ibarət redaksiya heyəti tərəfindən hazırlandı.

Ensiklopediya hazırlanarkən ona daxil edilən hər bir terminin mənası dəfələrlə müzakirə edilmiş, məqalələr lazımi qurumlara göndərilərək yoxlanılmış, redaktor heyətinin və bu sahənin mütəxəssislərinin fikir və təklifləri nəzərə alınmışdır.
750-ə qədər məqalədən ibarət olan ensiklopediya, uşaq və yeniyetmələr üçün nəzərdə tutulsada, anlaşıqlı və axıcı dildə yazıldığı üçün hər yaş kateqoriyasına xitab edir.
"Qısa İslam ensiklopediyası"nda müxtəlif dini abidələrin, önəmli şəxsiyyətlərin rəsimlərinə yer verilmiş, səhifələr İslam-Şərq miniatürləri ilə bəzədilmişdir.
Mənbə: www.report.az