Bakıda Türk dilli qaynaqların təqdimatı keçirildi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Türk dillərindəki qaynaqların təqdimatını etdi. Təqdimatda Türk dövlətlərinin Azərbaycandakı səfirlikləri, əlaqəli qurumlar, AMEA institutlarının, üniversitetlərin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

MEK-in müdiri Leyla İmanova Türk dilli qaynaqların 100 mindən çox olduğunu, ortaq Türk dəyərlərinin, elmi və mədəni mirasın gələcək nəsillərə ötürülməsində bu qaynaqların əhəmiyyətini vurğuladı. Mərasimdə Türk Dövlətlərinin Akademik Kitabxanalar Assosiasiyasının qurulması, daha sonra bu kitabxanalardakı sənədlərin və bütün qaynaqların elektron kataloqlarının birləşdirilməsi təklif edildi. MEK-də ümumi 1500000 sənəd qorunaraq oxuyucuların istifadəsinə verilmişdir. Kitabxananın ayrı ayrı fondlarında mühafizə edilən Türk dillərindəki qaynaqların ümumi sayı 2387-dir.
Şərq ədəbiyyatı bölməsində toplam 74084 (40046 kitab, 35038 jurnal və qəzet) nüsxə sənəd var. Sənədlərin 16534-ü (10144 kitab, 6390 jurnal) Türk dilindədir. Bölmədə olan, toplam sayı 100000-dən çox olan Türk dillərindəki qaynaqlar ənənəvi və elektron kataloqa daxil edilmiş, bir qismi dijitallaşdırılmışdır.