Türkan Hüseynova
11 ay əvvəl - 1 Dakika, 2 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Bakıda Yeni Beynəlxalq Hospital Açıldı

Azərbaycanın paytaxtı Bakının Nizami rayonunda 850 nəfərdən ibarət tibbi heyətin işləyəcəyi nəzərdə tutulan Beynəlxalq Bona Dea Hospitalı açıldı.

Hospitala Avropadan 22 həkim və 30 orta tibb heyəti dəvət olunmuşdur. Onların arasında ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan olan yüksək peşəkar həkimlər var.


Bakıda Yeni Beynəlxalq Hospital Açıldı


206 çarpayılıq hospitalda ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, onkologiya, stomatologiya, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək. Hospitalın konfrans zalında müxtəlif toplantılar, iclas, görüş, müşavirə və digər tədbirlər təşkil etmək, peşəkar həkimlərin gənc mütəxəssislərə təlimlər keçmələri üçün də hər cür şərait mövcuddur. Ümumi tutumu 145 yerlik olan bu zalda cərrahi əməliyyatları birbaşa izləmək mümkündür. Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb.

Mənbə: www.report.az