Bakıda Yerləşən Ege Hospitalda Türk Həkimlər İşləyəcək
Bakıda yerləşən Ege Hospitalda Türk həkimlər işləyəcək.
Azərbaycanın məşhur özəl klinikası olan Grand Hospital bundan sonra adını dəyişərək Ege Hospital adıyla işlərini davam etdirəcək. Klinikanın mətbuat katibi Türkan Məmmədli klinikada bütün heyətin dəyişdiyini bildirdi.

Klinikada bundan sonra Türkiyədən gələn mütəxəssislər işləyəcək.
Türkiyədəki Ege Hospitalın həkimləri də Bakıdakı eyni adlı hospitalda fəaliyyətlərini sürdürəcəklər.
Mənbə: axar.az