Bakıda Yüksək Gərginlikli Avadanlıqlar Zavodunun Açılışı Olub
Bakıda yüksək gərginlikli avadanlıqlar zavodunun açılışı olub.
Bakının Suraxanı rayonunda "ATEF Şirkətlər Qrupu"nun yüksək gərginlikli avadanlıqlar zavodu açıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

2017-ci ildə dünyanın aparıcı sınaq laboratoriyalarından olan İtaliyanın "CESİ" laboratoriyasında "ATEF Şirkətlər Qrupu"nun yüksək gərginlikli avadanlıqlar zavodunda istehsal edilən 40 MVA və 145 kV-luq güc transformatoru, Niderlandda yerləşən "KEMA" laboratoriyasında isə zavodun istehsal etdiyi gücü 2500 kVA-ya qədər olan yağ və quru tipli paylayıcı transformatorlar uğurla sınaqdan keçirilib, beynəlxalq sertifikatlar alınıb.
Mənbə: sputnik.az