Türkan Hüseynova
1 il əvvəl - 1 Dakika, 7 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Beynəlxalq Muzeylər Şurası Azərbaycandan Rəsmi Müraciət Gözləyir

Beynəlxalq Muzeylər Şurası (ICOM), Azərbaycanın rəsmi ərizə ilə müraciət edəcəyi halda işğal altındakı muzeyləri araşdıracağını bildirdi.

Beynəlxalq Muzeylər Şurası Azərbaycandan Rəsmi Müraciət Gözləyir


Azərbaycanın Ermənistan tərəfindən işğal edilən torpaqlarında 13 dünya və 292 ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri ilə yanaşı, 40 mindən artıq əşyanın toplandığı 22 muzey var. O muzeylərin hazırkı vəziyyəti Azərbaycana və beynəlxalq ictimaiyyətə məlum deyil. İşğal altındakı Azərbaycana aid muzeylərin dağıdıldığı, o muzeylərə aid eksponatların İrəvan muzeylərinə daşındığı haqqında faktlar mövcuddur.

Bu gün Azərbaycan o muzeylərin taleyi ilə maraqlanmaq imkanlarından məhrumdur. Sadəcə beynəlxalq qurumlar bu sahədə araşdırma apara və dünya ictimaiyyətinə onların vəziyyəti haqqında məlumat verə bilər. Azərbaycan dövlətinin çoxsaylı müraciətlərinə baxmayaraq, bir sıra hallarda, dünyanın əlaqədar təşkilatları bu problemə məsuliyyətsiz yanaşırlar. 

ICOM-un prezidenti Suay Aksoy Azərbaycan dövləti müraciət edərsə, ICOM Azərbaycanın işğal altında olan muzeylərinin vəziyyəti ilə bağlı araşdırma apara biləcəyini söylədi. 

1946-cı ildə yaradılmış ICOM-un 137 ölkədən 37 mindən çox üzvü, Azərbaycan və Ermənistan da daxil olmaqla, 115 milli və 30 beynəlxalq komitəsi var.

Mənbə: baki-xeber.com