Beynəlxalq Türkmənbaşı Dəniz Limanı Açılır
İstanbul mərkəzli Gap inşaat şirkəti tərəfindən inşaat işləri davam edən Beynəlxalq Türkmənbaşı Dəniz Limanının 2 mayda açılması gözlənilir.

Layihənin təməli 2013-cü ilin avqust ayında, Türkiyə Cümhuriyyəti dövlət başçısı Rəcəb Tayyib Erdoğan və Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhamedov tərəfindən atılmışdı. Xəzər dənizi sahilində 1 milyon 209 min 400 kvadrat metr ərazidə yerləşən Türkmənbaşı Beynəlxalq Dəniz Limanı layihəsinin həyata keçməsiylə, Asiyanı Avropaya birləşdirən önəmli bir logistika bazası olması və iki qitə arasındakı iqtisadi, ticari əməkdaşlığın canlanması gözlənilir.
Türk firması Gap şirkəti tərəfindən davam edən layihə tamamlandığında Xəzər Dənizinin ən böyük limanı olacaq. Bundan əlavə, İpək Yolunun önəmli dayanacaqlarından biri olan Avaza bölgəsinə qurulan liman, Orta Asiya və Sakit okeanından Rusiya, Azərbaycan və İran limanları vasitəsiylə Avropaya qədər yüklərin daşınmasına şərait yaradacaq.
Mənbə: Türkmənistan Bugün