Dilek Özdemir
1 il əvvəl - 4 Dakika, 34 Saniye
traz
en
kkky
uz
ru
tk

Bir-birindən möhtəşəm təbii gözəllikləriylə tantuninin paytaxtı Mersində görülməli 10 Yer

Bir-birindən möhtəşəm təbii gözəllikləriylə tantuninin paytaxtı Mersində görülməli 10 Yer


Mersin, Akdəniz bölgəsinin ən büyük şəhərlərindəndir. Cənub sahil xəttində, təvazökar tətil yerlərindən biri kimi görünən Mersin, eyni zamanda mədəniyyətlərin görüşdüyü, çox sayda tarixi və mədəni varlığıyla da önəmli bir mərkəzdir. Dəniz, qum və günəş kimi klassik tətil anlayışını özündə birləşdirməklə yanaşı tarixə şahidlik edən bu şəhərdə mövcud olmuş qədim şəhərlərin bir çoxu hələ də sapsağlam ayaqda durur. Bu şəhərdə bir tarix və təbiət səfərinə çıxaq ... Çıxarkən də bənzərsiz ləzzətli tantununi mütləq dadaq.


1- Əshabi-Kəhf Yeddi Yatanlar mağarası: Mersinin Tarsus mahalında Babalar kəndində yerləşir. Bölgə Tarsusa təxminən 12 km uzaqlıqdadır. Əshabi Kəhf mağarası, xristian və müsəlmanlar tərəfindən müqəddəs ziyarət yeri olaraq qəbul edilir. Yeddi Yatanlar hekayəsi 6 yoldaşdan və bir çobandan bəhs edir. Hekayədə iştirak edən fərdlərin adları, fərqli açıqlamalarda dəyişiklik göstərir. Lakin bu adlardan ən çox bilinənləri: Yemliha, Mekselina, Mislina, Mernuş, Debernuş, Şazenuş, Kefeştatayyuş, itlərinin adı isə Kıtmirdir. 


2- Cənnət və cəhənnəm quyuları kəskin guşəli dərin çuxurlardır. Mersin Silifke quru yolu üzərində Mersinin Silifke mahalına 21 km uzaqlıqda Narlıquyu mahalı yaxınlarında olan Cənnət və Cəhənnəm quyuları, bir yeraltı dərənin yol açdığı kimyəvi erozyon nəticəsində tavanın çökməsi nəticəsində meydana gəlmiş böyük çuxurlardır. Çuxurlardan birinə cəhənnəm çuxuru deyilməsinin səbəbi səthinə hər hansı bir vasitənin köməyi olmadan düşməyin mümkün olmamağıdır. Cənnət uçurumun olduğu çöküntüyə bu adın verilmə səbəbi isə çöküntüdə tarixi bir kilsənin olmasıdır.


Bir-birindən möhtəşəm təbii gözəllikləriylə tantuninin paytaxtı Mersində görülməli 10 Yer


3- Astım mağarası: Silifkedə Cənnət-Cəhənnəm quyularının 300 m cənub-qərbində olan Astma mağarası, bölgənin coğrafi quruluşunu ən yaxşı əks etdirən yerlərdəndir. İçinə dəmir bir nərdivanla enilən mağara, 200 m uzunluğundakı tunellərdən meydana gəlir. III geoloji dövrə aid izlərin müşahidə edildiyi mağaradakı havanın astma xəstələrinə yaxşı gəldiyi deyilir. Mağara ətrafındakı ağac və kollara diləklərini bağlayan ziyarətçilərə görə bu mağaraya Dilək mağarası da deyilir.


4- Adam Qayalar: E.ə I ilə bizim eranın II əsrləri arasında inşa edildiyi təxmin edilən, böyük ölçüdəki insan qabartmalarına Adamqayalar adı verilmişdir. Kızkalesi qəsəbəsinin 7 km qədər şimalında, dərin bir vadinin dik yamacında yerləşən və 12 ədəd qabartmadan ibarət əsərlər günümüzə qədər gəlib çata bilmişdir. 


Bir-birindən möhtəşəm təbii gözəllikləriylə tantuninin paytaxtı Mersində görülməli 10 Yer


5- Yumuktəpə höyükü: Mersində olan, keçmişi e.ə. 7 minli illərə qədər uzanan Höyük (torpaq yığını, kiçik təpə), Anadolunun ən köhnə məskunlaşma yerləri arasındadır. Yumuktəpə günümüzdən 9 min il əvvəl neolit ​​cütçüləri tərəfindən qurulmuşdur.

6- Tarsus şəlaləsi; Tarsusun şimalında Berdan çayı üzərində olan Tarsus şəlaləsi, bölgədə yaşayanların "nəfəs aldığı" yerlərdəndir. Roma dövründə qəbiristanlıq olaraq istifadə edildiyindən, sular çəkiləndə dağılmış məzar quruluşları da görülə bilir.


Bir-birindən möhtəşəm təbii gözəllikləriylə tantuninin paytaxtı Mersində görülməli 10 Yer


7- Tarsus Ulu Cami: 579-cu ildə Ramazanoğlu bəyi Piri Mehmet Paşanın oğlu İbrahim bəy tərəfindən inşa etdirilmişdir. Şəhərin ən köhnə və mərkəzi bölgəsində olan məscid, ətrafındakı türbə və imarəti 1895-ci ildə əlavə olunan saat qülləsi ilə birlikdə böyük bir tikili görünüşünü qoruyur. Məscid-i Kəbir ya da məscid-i Nur deyə adlandırılan məscidə bitişik türbədə Hz. Şit, Hz. Loğman Həkim və Xəlifə Memunun məzar otaqları var.


Bir-birindən möhtəşəm təbii gözəllikləriylə tantuninin paytaxtı Mersində görülməli 10 Yer


8- Kanlıdivane: Erdemli mahalında olan Kanlıdivane, Mersin mərkəzə 50 km uzaqlıqdadır. Olba Krallığının sərhəddindəki dini bir mərkəz olduğu istiqamətində iddialar olsa da təsərrüfat şəhəri olduğu tapılan izlərdən aşkar edilmişdir. E.ə. II və bizim eranın VII əsrləri arasında ardı-arası kəsilməz məskunlaşmanın olduğu şəhərdə, ən həyəcan verici kəşf zeytun emalı atelyelərinin tapılması olmuşdur. Antik liman ilə əlaqəsi olduğundan əhəmiyyətli bir ticarət mərkəzi olduğu da bilinən Kanlıdivane qədim şəhərində divar qalıqları da görünür.


9- Qız qalası: Erdemli Korikos sahil qalasının 200 m açığındaki kiçik adacıq üzərindəki qalaya Qız qalası deyilir. Qız qalası, Erdemliyə 23, Mersinə 60 km mesafədədir. Qız qalasındakı xarabalıqlarda qalalara, kilsələrə, su anbarlarına, su kəmərlərinə, qaya məzarlarına, qəbirlərə, daş döşəməli yollara rast gəlinir.


Bir-birindən möhtəşəm təbii gözəllikləriylə tantuninin paytaxtı Mersində görülməli 10 Yer


10- Aynalıgöl mağarası: Mersin, Aydıncıqda olan Aynalıgöl Mağarası, Türkiyədə son dövrdə kəşf edilən ən əhəmiyyətli təbiət möcüzələrindən biridir. Mağara, Aydıncığa 10 km məsafədəki Gəmi Durağı yaxınlarında bir çoban tərəfindən 1999-cu ildə təsadüfən tapılmışdır. Gilindire mağarası olaraq da bilinən bu yerə dəmir nərdivanla düşmək olar. İçərisində yarı şirin, yarı duzlu bir gölü də olan mağara, sarkıt və dikitləriylə heyranedicidir.