Babur Abdukarimov
1 il əvvəl - 1 Dakika, 23 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Bişkekdə Çingiz Aytmatovun “Cəmilə” Adlı Əsəri Səhnələşdirildi

Türk dünyasının dünyaca məşhur yazıçısı Çingiz Aytmatovun “Cəmilə” adlı romanının teatr səhnəsi Bişkekdə ilk dəfə tamaşaçıyla görüşdü. 

Bişkekdə Çingiz Aytmatovun “Cəmilə” Adlı Əsəri Səhnələşdirildi

''Cəmilə'' tamaşasının açılışı 29 mart 2018-ci ildə Bişkekdəki ''Frunze'' mərasim salonunda keçirildi. Tamaşanın açılış nitqində məşhur qırğız televiziya aparıcısı və prodüseri Assol Moldokmatova çıxış etdi. Moldokmatova, layihənin icraçısı Nazira Mambetova və bəstəkar Murat Beqaliyevin oyunun səhnələşdirilməsi üçün göstərdiyi səyləri dilə gətirərək, “Tamaşada sadəcə üç aktyor səhnə alır. Tamaşanın qəlbinizdə yer tutacağına əminəm” deyə bildirdi.

Bütün yerləri dolu olan salonda ölkənin tanınmış insanları, xarici ölkələrdən gələn qonaqlar, Cogorku Keneşin millət vəkilləri, Bişkek Şəhər Komitəsi başçısı, hökumət üzvləri, sənətçilər və daha bir çox tamaşaçı yer alaraq tamaşanı maraqla seyr etdilər.

Tamaşaçılar arasında Bişkek Şəhər Məclisi başçısı Almaz Kenenbayev, “XX əsrdə şəkillənən modern ədəbiyyat, Çingiz Aytmatovun əsərləri olmadan xəyalə edilə bilməzdi. Çingiz Aytmatov, Uilyam Şekspir və Lev Tolstoydan sonra dünyada ən çox oxunan yazıçıdır. Onun mirası sonsuza qədər qəlbimizdə qalacaq” deyə çıxış etdi.

Bununla yanaşı tamaşanın ardından nitq söyləyən Çingiz Aytmatovun oğlu Askar Aytmatov, hər kəsə təşəkkür edərək sənətçilərin mükəmməl oynadığını ifadə etdi.

Mənbə: kabar.kg