Aiperi Seiitbekova
11 ay əvvəl - 1 Dakika, 38 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Bişkekdə "FoodExpo Kyrgyzstan 2018'' Ziyarətçilərini Gözləyir

BiExpo sərgi şirkəti tərəfindən təşkil edilən və bir həftə boyu sürəcək II Beynəlxalq Qida Məhsulları Fuarı Bişkekdə başladı. Tədbirdə dünyanın 10 ölkəsindən 40-dan çox qida istehsal şirkəti iştirak edir.

Bişkekdə "FoodExpo Kyrgyzstan 2018

Belarusiya, İndoneziya, İtaliya, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Türkiyə, Özbəkistan və Şri-Lankanın qida məhsulları, istehsal texnologiyaları tanıdılan FoodExpo Kyrgyzstan 2018 sərgisi beş ayrı tədbirdən ibarətdir:

• II Beynəlxalq Yeyinti-İçki sərgisi – FoodExpo Kyrgyzstan 2018

• II Beynəlxalq Qida İstehsal Texnologiyaları sərgisi – FoodTech 2018

• II Beynəlxalq Xalq Yeməkləri Şirkətlərinin Təchizi: Məhsullar və Xidmətlər, Texnologiyalar – HorecaExpo 2018

• II Beynəlxalq Qablaşdırma Məhsulları Sərgisi – UpackExpo 2018

• II Beynəlxalq Etibarlı və Halal Qida Məhsulları Sərgisi – HalalFoodExpo 2018

Sərginin iş proqramı isə seminarlar, dəyərləndirmə toplantısı, qida istehsal texnologiyaları və avadanlıqlarının tanıtımı üçün təqdimatlardan ibarətdir.

Ayrıca 18-19 apreldə Qırğızıstan - Türkiyə Manas Universiteti ev sahibliyində "Etibarlı və Halal Qida" mövzusunda dəyərləndirmə toplantısı təşkil edəcək. Toplantıda qırğız, türk mütəxəssisləri etibarlı qida məhsulları və yeni texnologiyalarıyla bağlı çıxışlar edəcəklər.

FoodExpo Kyrgyzstan tədbiri çərçivəsində isə Qırğızıstan Xalq Yeməkləri şirkəti tərəfindən ''Kariyer və İstihdam Sərgisi'' keçiriləcək. Bu sərgidə ölkənin ən böyük şirkətləri, restoranları, otelləri, silsilə market və mağazalarındakı iş imkanlarıyla əlaqəli məlumatlar veriləcək.

İkinci dəfə təşkil edilən FoodExpo Kyrgyzstan 2018, Qırğızıstan höküməti, Kənd Təsərrüfatı, Qida və Melarasiya nazirliyi, Yatırım Təşviq Agentliyi, Standartlaşdırma və Metrologiya Mərkəzi, İqtisadiyyat nazirliyinə bağlı Qırğızıstan Akreditasiya Mərkəzi və Qırğızıstan Xalq Yeməkləri şirkətinin dəstəyi ilə təşkil edilir. Sərgi 16-19 aprel tarixləri arasında ziyarətçilərə açıq olacaq.