Bişkekdə Velosiped Sezonu Başladı
Qırğızıstanın paytaxtı Bişkekdə velosiped sezonu yenidən başladı. Tədbir Megacom mobil şirkətinin Velosport və Veloturizm Federasiyası ilə əməkdaşlığının nəticəsində həyata keçirilir.

Megacomun mətbuat katibi Cumgalbek Ömürkanov, 1 aprel 2018-ci il tarixində başladılan bu fəaliyyətin açılış mərasiminə 1500-ə yaxın velosipedsevərin qoşulduğunu bildirərək, açılış mərasimindən sonra, velosipedsevərlərin paytaxtdakı Urkuya Salievanın heykəlindən başlayıb, Ceniş parkına qədər velosiped sürdüklərini qeyd etdi.
On iki ildir keçirilən bu fəaliyyətin əsas məqsədi, şəhərliləri sağlam yaşama və velosipeddən istifadə etməyə həvəsləndirməkdir. Mütəxəssislər Bişkekdə hər il velosipedsevər və istifadəçilərinin saylarının artmaqda olduğunu bildirir.
Mənbə: azattyk.org