Sevde Kalafat
9 ay əvvəl - 53 Saniye
traz
en
kk
ky
uz
ru
tk

Bursada "Ənənəvi Əl Sənətləri Festivalı" Keçiriləcək

Bu il üçüncüsü təşkil ediləcək "Ənənəvi Əl Sənətləri Festivalı", 11-15 aprel 2018-ci ildə Bursa Merinos Atatürk Toplantı Mərkəzi sərgi salonda keçiriləcək. 

Bursada "Ənənəvi Əl Sənətləri Festivalı" Keçiriləcək

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Bursa Bələdiyyəsinin əməkdaşlığıyla təşkil ediləcək festivala Gümülcine və Kırcaalidən ustalar qoşulacaq. Ebru, taxta oyuncaq qurmaq, tezhip (yazı bəzəmə), misgərlik, iynə oyması, çini, telkari (ləl-cəvahirat əşyaları), ənənəvi türk oxçuluğu və qırxyamaq kimi çeşidli sahələrdə minlərcə əsər sərgilənəcək.

Kukla tamaşası, Hacivat-Karagöz tamaşası, moda nümayişi, seminar kimi fəaliyyətlər festival çərçivəsində keçiriləcək.

Ənənəvi əl sənətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması hədəf qoyulan sərginin açılışı, 11 aprel çərşəmbə günü saat 11.00-də Merinos AKKM sərgi salonunda gerçəkləşəcək. Sərgi salonu, 09.30-20.00 saatları arasında ziyarətçilərə açıq olacaq.