Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək
Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümünün final matçı İstanbulda keçiriləcək.
Kiyev şəhərində bu gün UEFA-nın İdarə Heyətinin iclası keçirildi. Əsas müzakirə mövzusu isə Çempionlar Liqası və Avropa Liqasında (AL) 2019-20 mövsümünün final oyunlarının keçiriləcəyi yer idi.

ÇL üçün iki namizəd var idi. Atatürk Olimpiya Stadionu (İstanbul) ilə Estadio da Luz (Lissabon). Seçimlər arasında qurum səs çoxluğu ilə İstanbulu qalib elan edib.
Atatürk Olimpiya Stadionu 2005-ci ildə də Çempionlar Liqasının final qarşılaşmasını qəbul etmişdi. 3:3 hesabı ilə başa çatan həmin oyunda “Liverpul” “Milan”ı penaltilər seriyası ilə məğlub etmişdi.
Mənbə: apa.az