Agbank

BankAzərbaycan

AGBank Açıq Səhmdar Cəmiyyəti 1992-ci ildə Bakıda yaradılmışdır. Bankın səhmdarları arasına 2 böyük təşkilat: Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və ABŞ İnvestisiya Fondu "Kazimir Investment LTD" var. Hazırda AGBank pul və hesablaşma xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, təcili pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri, ticarət çekləri və s. daxil olmaqla geniş müasir bank xidmətləri təklif edir. Bankın müştəri bazası sənaye, turizm, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət xidmətləri kimi müxtəlif iqtisadi sahələrdən olan çox sayda şirkət və qurumlardır. Bankın əsas fəaliyyəti Azərbaycan Respublikasının istehsal və ticarət sektorlarını maliyyələşdirməkdir. Bankın xidmətləri on minlərlə fərdi müştərilər tərəfindən istifadə olunur.