Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC

TikintiAzərbaycan

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ildə təsis edilib.
Şirkətin Gürcüstan və Qazaxıstanda ofisləri var. Şirkət Əfqanıstanda hərbi obyektin tikintisini həyata keçirmiş, Özbəkistan, Türkiyə və Ukrayna bazarına daxil olmuşdur.
TANAP və TAP enerji layihələrinin tikintisi üzrə elan edilən tenderə qatılan “Akkord” Korporasiyası tenderin qalibləri sırasına daxil ola bilmişdir.
Korporasiyanın ümumi biznes fəaliyyətinin 65%-i tikintinin, 14%-i daşınmaz əmlakın, 12%-i istehsalatın, 6%-i layihə idarəetmə və layihələndirmə işlərinin, 3%-i isə tikinti maşın-mexanizmləri xidmətinin payına düşür.